Nişanlandıqdan sonra bunları edin

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 3 130
Səs ver:
(səs: 0)
1. Təbriklərin dadını çıxardın amma sonu gəlməyən suallardan qaçın.
Nişan sonrası qarşılaşacağınız suallar sizi təəccübləndirməsin: Nə vaxt evlənirsən? Harada evlənirsən? Toyunuz kiçikmi olacaq, böyükmü? Gəlinliyin nə rəng olacaq? Əlbəttə, ailəniz və dostlarınız həyəcanlı və nələr etdiyinizi bilmək istəyirlər. Gerçəkdə, bir toy planlamaq həyəcan vericidir, ancaq eyni zamanda digər məsuliyyətlərinizin yanında sizdən çox şey tələb edən partdıma bir işiniz varmış kimi də hiss edə bilərsiniz. Toy planlamaq əyləncəli olduğu qədər stressli də ola bilər. Bu səbəblə, ikiniz də plan etməyə başlamağa hazır olana qədər, ilk günlərdə sizə yönəldilən suallara "Hələ qərar vermədik" ya da "Müəyyən olunca sizə xəbər verəcəyəm" cavabını verin.

2. Nə vaxt evlənmək istədiyinizə özünüz qərar verin.
Nişanlandığınız kimi ailəniz və yoldaşlarınız hansı tarixdə, harada evlənməniz lazım olduğu istiqamətindəki fikirlərini təqdim etməyə başlayacaq. "Toy üçün ən yaxşı gün şənbədir" ya da "Bir toy ən az bir ildə planlanar" kimi əfsanələri unudun. Gerçəkdə, istədiyinizi istədiyiniz müddətdə mütəşəkkil edə bilərsiniz. İkinizi ən çox harada və nə vaxt evlənmək xoşbəxt edəcəksə, onu seçin.

3. Gəlin paltarı seçimindən əvvəl böyük maneələri ortadan qaldırın.
Toyla əlaqədar detalları təyin etmək daha sağlam olacaq. Büdcənizi təyin edib ilk qərarlarınızı buna görə aldıqdan sonra, daha kiçik qərarları almaq asanlaşacaq. Tarix, salon, büdcə kimi böyük qərarları dəqiqləşdirin. Gəlin paltarı alışına ondan sonra çıxın.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri