Evlilikdə xoşbəxt olmaq üçün bunları bilin

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 534
Səs ver:
(səs: 0)
1- Sevginizi açıqca göstərin. Yoldaşınıza onu sevdiyinizi sözlərlə və davranışlarınızla ifadə etməkdən əsla imtina etməyin. Sevmək və sevildiyini bilmək hər kəs üçün prioritetli bir ehtiyacdır. Evliliklərdə edilən ən böyük səhv bir müddət sonra cütlükləri bir-birlərinə sevgilərini ifadə etməməyə başlamalarıdır. Yoldaşınıza onun sevgi dilini istifadə edərək onu sevdiyinizi izah etməyi heç buraxmayın.

2- Dəyər verdiyinizi hiss etdirin. Yoldaşınızı bəyəndiyinizi, ona dəyər verdiyinizi, hörmət etdiyinizi göstərin. Düşüncələrinə dəyər verin və onu mühakimə etmədən dinləyin, təsdiqləyin, təqdir edin, əsla başqalarıyla müqayisə etməyin və qətiliklə alçaltmayın. Yoldaşınızın duyğu və düşüncələrini anlamaq üçün empati edin. Kədərli, narahat, gərgin olduğunda onunla danışaraq nələr hiss etdiyini anlamağa çalışın.

3- Dəyişdirməyə çalışmayın. Heç kim mükəmməl deyil. Hər insanın yaxşı və pis yanları, müsbət və mənfi xüsusiyyətləri ola bilər. Yoldaşınızın mənfi xüsusiyyətlərinə deyil, müsbət xüsusiyyətlərinə və yaxşı yanlarına fokuslanın. Mənfi xüsusiyyətlərinə dözümlülük göstərərək, meydana gələ biləcək anlaşılmazlıqları və çıxa biləcək müzakirələri önləmiş olarsınız.

4- Sirr saxlamayın. Yoldaşınıza əsla yalan danışmayın və ondan heç bir şey gizləməyin. Evliliyin təməl dirəklərindən biri güvəndir. Yoldaşınızın etibarını sarsıdacaq hər cür söz və davranışdan qaçının. Güvən bir dəfə sarsıldığında, yenidən əvvəlki kimi sapsağlam olması çox çətindir.

5-Əsəbinizə nəzarət edin. Əsəbiləşdiyinizdə yoldaşınızı qıracaq hər hansı bir söz sərf etməmək ya da ona zərər verəcək bir davranışda olmamaq üçün hirsinizi idarə altında saxlayın. Əgər hirsinizi idarə edə bilmirsinizsə sakitləşənə qədər yoldaşınızın yanından uzaqlaşın.

6-Üzr istəyin. Etdiyiniz səhvləri yetkinliklə qəbul edin və üzr istəyin. Amma diləyiniz üzrü o səhvi bir daha etməmək üçün verdiyiniz bir söz olaraq qəbul edin və səhvlərinizi təkrarlamamaq üçün səy göstərin.

7- Məsuliyyətləri paylaşın. Ortaq həyatın bütün məsuliyyətlərini və edilməsi lazım olan işləri ədalətli bir şəkildə paylaşın. Evliliyin və gündəlik həyatın bütün yükünü yoldaşınızın çiyinlərinə yükləməyin.

8- Bir-birinizə xüsusi zaman ayırın. Yoldaşınızla baş-başa zaman keçirmək üçün fürsətlər yaradın. Birlikdə daha çox şey paylaşmağa, ortaq zövqlər yaratmağa çalışın. Gələcəkdə xatırlamaqdan xoşbəxtlik hiss edəcəyiniz gözəl xatirələr qurun. Birlikdə etməkdən xoşlanacağınız idman ya da hobbi fəaliyyətləri tapın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 534
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri