Evlilikdə cinsəllik nə qədər əhəmiyyətlidi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 139
Səs ver:
(səs: 0)
Halbuki İslam dinində cinsəllik həyatın və dinin bir hissəsidir. Ər-arvad məhəbbətinin səbəbidir. Peyğəmbərimiz cinsəlliklə əlaqədar suallara açıq açıq cavablar vermişdi: "Ər-arvad arasındakı cinsi əlaqədə sədəqə savabı" olduğunu ifadə edərək evliliyi və cinsi əlaqəni təşviq etmişdir.

Cinsəllik yalnız yataq həyatımıdır?
Cinsəlliyin, evlilik həyatına, nə qədər çox təsir etdiyini fərqində olmayanlar, cinsəlliyini nəqədər önəmli bir faktor olduğunu görməmişdirlər. Cinsəllik bir çox adamın zənn etdiyi kimi yalnız yataq otağında müəyyən bir zaman hissəsi içində yaşanan bir şey deyil. Bütün evliliyə təsir edər.

Cinsəlliyi sevməyən qadın ərinin yanına oturmaq hətta əlini tutmaq belə istəməyə bilir, sonu yataqda bitə bilər, deyə.

Ayrıca cinsi təminsizlik iki tərəfində bir-birlərinə hirslilik duymalarına səbəb olur. Qısacası bütün evlilik həyatına təsir edir.

Allah (c.c) sevgi və sədaqət üçün bir hormon yaratmış. Elm adamları adına "Oksitosin" demişlər. "Muhabbet hormonu" deyə bilərik. Muhabbet hormonu ən çox toxunan və göz gözə baxışmaq ilə çıxarılır. Bir də qadın hamilə olduqda və doğumda bolca oksitosin ifraz edir. Heyvanlarda da var bu hormon. Hamilə ikən oksitosin ifrazatı dayandırılmış heyvanlar doğurduqları körpələrə baxmadıqları kimi yoldaşlarını tərk edib başqa yoldaş axtarışına girirlər.

Oksitosin bir cinsilik hormonu deyil. Bir bağ hormonudur. Uşağımıza toxunduğumuzda ya da gözlərinə baxaraq danışanda, yoldaşlarımızla, namazda çiyinləri bir-birinə dəydirdiğimizdə çıxarılan sevgi və sədaqət hormonudu.

Allah Rəsulu "Bir kişi arvadının əlini tutar və göz- gözə baxışarlarsa Allah onlara rəhmət nəzəri ilə baxar, günahları barmaqları arasından tökülər gedər." Buyurmuşdur. Peyğəmbərimiz yoldaşlarının yanına girəndə, əllərini tutar gözlərinə baxaraq salam verərmiş.

Ər arvad bir-birinə nə qədər toxunsa o qədər sevgi və sədaqətləri artır. Toxunmanın illa cinsilik üçün olması lazım deyil. Yan-yana oturmaq, çiyininə söykənmək, əl-ələ tutmaq ... Buradakı həssas nöqtə, bir-birinə az toxunan cütlərdə, kişilər yoldaşlarının toxunmasıyla tez təhrik ola bildikləri üçün bir əl- ələ alovlanmanın sonu yataqda bitə bilir.Bu da toxunmağı sevən qadınların yoldaşlarından uzaq durmalarına səbəb olabilir. Qadın cinsəlliyi sevsə belə "indi zamanı deyil, ən yaxşısı uzaq dayanım" deyə yoldaşından uzaq dayanmağa cəhd edir. Cinsəlliyi sevmirsə onsuz da uzaq dayanır. Bu problemin çarəsi bir-birinə daha çox toxunmaqdı. Hər toxunmanın yataqda bitmə ehtimalı azalır, toxunmaq dərhal yatağı çağrıştırmaz. Ər-arvadın bir-birinə çox toxunması sevgi və bağlılıqlarının artması üçün əhəmiyyətlidir.

Oksitosinin iki yan təsiri var: Birincisi unutqanlıq təsiri edir: lakin yaxşı bir unutqanlıqdı bu. Ağrını unutdurur. Anada doğum sancılarını, uşağın dəcəlliklərni, yatmamazlıqlarını, uşağı üçün çəkdiyi çətinlikləri unutdurur. Körpəsinə müsbət duyğular hiss etməsinə səbəb olur. Bu horman olmasa qadınlar ikinci uşağı doğurmazlardı hərhalda.

Ər arvad arasında da bir-birinin səhvlərini unutduqları və yaşanan mənfiliklərə baxmayaraq bir-birlərini sevməyə və məhəbbət etmələrinə səbəb olur.

İkinci yan təsiri isə oksitosin yuxu gətirir. Məsələn anada körpəyə südlə ən yüksək nisbətdə oksitosin keçər və körpənin rahatlamasını və yuxusunun gəlməsini təmin edər. Körpə və ana baxımından yaxşı bir şeydi.

Yalnız cinsəllik baxımından qadınları narahat edən bir vəziyyət ortaya çıxa bilir. Oksitosin kişilərdə ən yüksək səviyyəyə cinsi təmin sonrası çatır. Yüksələn oksitosin kişidə cinsi əlaqə sonrası yuxu gətirir. Qadın da söhbət etmək istəsədə, yatdığı üçün kişiyə hirslilik edər bəzən. Demək ki nəymiş "Kişinin cinsi əlaqə sonrası yatması öz əlində deyilmiş, hormonları yatızdırırmış. Buraxın yatsın. Sizi sevmədiyi ilə əlaqəsi yoxdur yəni. Tam əksinə sizi çox sevdiyi üçün yatır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 139
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri