Subayam, çünki...

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 2 135
Səs ver:
(səs: 0)
Əksəriyyətimiz, xüsusən də boşananlar və uzun müddətli münasibəti bitirənlər üçün subaylıq bilərəkdən edilən seçimdir.
“Huffington Post” “Facebook” və “Twitter”in subay izləyiciləri arasında “Niyə subaysız?” adlı sorğu keçirib. Cavablar isə mürəkkəb və xeyli fərqli olub. Aile.lent.az həmin sorğunun cavablarını təqdim edir.

- Mən subayam, çünki kiməsə ev tikməyə hazır deyiləm. Həm də bütün xəyallarımı əhatə edən və xəyalımdakının tam özü olacaq yoldaş tapmamışam.

- Mən subayam, çünki bu, bir seçimdir və mənim möhtəşəm, gözəl, qayğıkeş bir qadın olduğumu təsdiqləyəcək kiməsə ehtiyacım yoxdur.

- Mən subayam, çünki mənə və 4 övladıma baxmağı boynuna götürən biri yoxdur. O adamın böyük ürəyi olmalıdır. Mənim hazırkı məqsədim uşaqlarımı yaxşı böyütməkdir. Sevgimə layiq ola biləcək biriylə görüşməyə qarşı deyiləm. Sadəcə ona uşaqlarım, ya işim hesabına baxmağa nə vaxtım, nə də enerjim var.

- Mən özümə yoldaş axtarmadan əvvəl öz üzərimdə yaxşı çalışmalıyam. Başqa kimsə üçün yüksək standartlar yaratmaq fikrində deyiləm.

- Mən hələ də onu ilk görəndə “Vauuu, onunla birlikdə olmaq subay olmaqdan daha yaxşıdır”, - deyə düşünəcəyim qadını gözləyirəm.

- Subayam, çünki bütünlüklə özümlə xoşbəxt ola biləcəyim hər şeyim var.

- Doğrusu, mən sadəcə tənbələm. Münasibətlər səy istəyir. Mən zəng etməyə, mesajlaşmağa, ya başqa nəyəsə çalışmıram. Oğlanlarla görüşməyə başladım, ancaq anladım ki, bu, mənim ortaya qoyduğum vaxtdan da çox vaxt tələb edir.

- Mən həyatım boyu ətrafımda kiminsə olmasını istəmirəm.

- Mən hələ düzgün insanı tapa bilməmişəm və “buna dəymədiyi halda həyatımda biri var” kimi bir oyun oynamağa istəkli deyiləm.

- Ay Allah, burda sadalayacaq çox səbəb var. Bir tək onu deyim ki, mən yenidən evlənməyi ən azından həmin insan yaxşı dostum olsa, düşünə bilərəm. Başqa cür tək qalmağı üstün tutaram.

- Mən çox seçim edənəm. İndi bütün fikrimi özümə yönəltmişəm və sərbəst, emosional, əqli cəhətdən böyüməyə çalışıram. Demirəm ki, ömürlük subay qalacam, ancaq buna nə tələsirəm və nə də məcburam.

- Görüşdüyüm insanların hamısı hələ də oğlan uşağıdı. Münasibət təcrübəsi olan, nə istədiyini bilən birini tapmaq çətindir.

- Sevgi həyatımda çox xəyal qırıqlıqları olub. Mən subayam, gözələm. Subay olmaq xoşbəxtlikdir və vacibdir.

- Niyə subayam? Çünki qızıma sevgi göstərə biləcək birini tapmaq və sonda ayrılıq yaşamaq qorxum var. Qızımın ikinci dəfə bir kişi tərəfindən tərk edilməyimizin acısını yaşamasını istəmirəm. Subayam, uşağım üçün.

- Mən bütün həyatımı və pullarımı özüm idarə etmək istəyirəm. Subay olmaq - mənim nə aldığımı və vaxtımı necə keçirdiyimi kiməsə hesab verməyə ehtiyacım olmadığı deməkdir.

- Mən yalnız olub, üstəlik xoşbəxt olmağı çətin hesab edirəm. Əgər mən yalnız xoşbəxt ola bilmirəmsə, münasibətdə də xoşbəxt ola bilməyəcəm.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 135
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri