Virtual sevgi belə yaranır

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 525
Səs ver:
(səs: 1)
İnsanların əksəriyyəti virtual münasibətlərə meyllidir. Çünki virtual aləmdə biz özümüzü çox rahat ifadə edirik. Olmaq istədiyimiz kimi oluruq. Çox rahat şəkildə yalanlar danışa bilirik.

1. Xarici görünüş haqda yalanlar
virtual sevgiİnsanlar virtual aləmdə özünə sevgili axtaranda boylarını həyatda olduğundan daha uzun göstərməyə çalışırlar. Çox adam real boyundan 5 sm artıq olduğunu deyir. Bu xüsusilə ilə kişilərdə çox yayılan tendensiyadır. Qadınlar isə çəkiləri və bədən quruluşları ilə bağlı yalanlar deməyə meyllidirlər. Araşdırmalar göstərir ki, boyu uzun adamların özünə sevgili tapmaq şansı çox olur.

2. Maddi vəziyyət haqqında yalanlar
İnsanlar virtual aləmdə olduqlarından 20 faiz daha kasıbdır. İnsanlar gəlirləri mövzusunda tez-tez yalan deyirlər. Real həyatdakı qazanclarını şişirdilər. Bu virtual aləmdə sevgili axtaran kişilərin arasında daha çox yayılıb. Araşdırmalara görə daha çox gəliri olan kişilərin sevgi həyatları daha rəngli olur.

3. Fotolar haqqında yalanlar
Bəzən xarici görünüşündən əmin olmayan xanımlar öz fotolarını müxtəlif bəhanələr gətirərək gizlədirlər. Kişilər isə bəzən gənc yaşda çəkdirdikləri fotolardan istifadə edirlər.

4. Xarakterlə bağlı yalanlar
Virtual aləm insanın gerçək xarakterini üzə çıxarmır. Bəzən insanlar bundan istifadə edib real xarakterlərini gizlədirlər. Məsələn, qadınlar, adətən, kişilərin qısqanc olmasını istəmir. Buna görə də kişilər qısqanc, əsəbi olmadıqlarını, qadınların hər işinə qarışmadıqlarını deyirlər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 525
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri