Evlənməyə tələsməyin...Nikahla bağlı bilmədiklərimiz...

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 1466
Paylaş:
Səs ver:
(səs: 1)
Ailə qurmaq gənc yaşına çatan hər bir kəsin arzusudur. Ancaq ailə quran zaman tələskənliyə yol vermək bu nikahın uzunömürlülüyünə heç də zəmanət vermir. Hər şeydən öncə qarşılıqlı hisslərin bütövlüyünə və səmimiyyətinə güvənmək üçün zamana ixtiyar verin. Çünki zaman çox şeyləri bəyan edir.

Qadinla.Com bu sevdaya düşənlər üçün ailə və nikahla bağlı maraqlı faktları təqdim edir.

Ailə qurmağa hazırlaşanlar bəlkə də elə düşünürlər ki, evləndikdən sonra onlar sutkanın 24 saatını bir-birlərinə həsr edəcəklər. Bu fikirdə olanlar yanlışlığa yol verirlər. Ekspertlərin qənaətinə görə ailədə kişi və qadın gün ərzində bir-birlərinə orta hesabla 4 dəqiqədən 40 dəqiqəyə qədər vaxt ayıra bilirlər. Əgər cütlüyün hər ikisi işləyirsə, bu müddət minimum həddə, 4 dəqiqəyə düşür. Nəzərə alsaq ki, işdən sonra ev işləri, televizor, internet və ya qonaq qəbul etmək kimi vaxtı əridən məsələlər də var, ekspertlərin rəyi ilə razılaşmaq olar. Odur ki, bəri başdan elə düşünməyin ki, ailə quracağınız adam bütün gününü sizə həsr edəcək.

Aparılmış tədqiqatlar və sorğular nəticəsində məlum olub ki, 81 faiz ailələr tam müstəqil yaşayırlar və onların ailə işlərinə heç kim qarışmır. Digər ailələrdə isə yaşam tərzi fərqlidir, yəni valideynlərin, qohumların, dostların, rəfiqələrin ailə işlərinə müdaxiləsi var. Müstəqil yaşayan cütlüklər özlərini daha xoşbəxt sayırlar.

Kişilərin öz həyat yoldaşlarına xəyanət etməsi əsasən 25-39 yaşlarında baş verir. Və çox maralı faktdır ki, bir çox hallarda onlar bunu etiraf etməkdən çəkinmirlər.

Bir çox qadınlar öz nikahlarını o zaman xoşbəxt və uğurlu sayırlar ki, ev işlərində bölgü cütlük arasında bərabər bölünür.

Aparılmış sorğular nəticəsində belə bir fakt meydana çıxıb ki, ailədə ilk övlad dünyaya gəldikdən sonra cütlüyün bir-birlərinə qarşı marağı xeyli azalır.

Nikahla bağlı maraqlı məlumatlardan biri də təhsillə bağlıdır. Təhsilə meylli, əhalisinin daha çox hissəsinin təhsil aldığı ölkələrdə insanlar daha gec ailə həyatı qururlar. Təhsildən, oxumaqdan uzaq olanlar isə daha gənc, hətta yeniyetmə yaşlarında evlənirlər.

Statistik göstəricilərə görə boşanma hallarının 60 faizi evliliyin ilk yeddi ilində baş verir.

Övladı olmayan ailələrdə boşanma halları övladı olan ailələrdən daha çoxdur.

Ailəli insanların ömrü tək və subay insanların ömründən uzun olur.

Hər 13 saniyədən bir dünyada bir nikah pozulur.

49 yaş ilk nigah üçün kritik yaş sayılır.

Özündən 7-9 yaş kişik xanımla evlənən kişilərin vaxtsız ölüm riski həmyaşıd xanımlarla ailə quran kişilərdən 11 faiz aşağıdır.

Boşanma hallarından sonra cütlüklərdə yaranan stress ağır xəstəliklərin baş vermə ehtimalını bir neçə dəfə artırır.

Odur ki, evlənməmişdən əvvəl seçiminizdə yanılmayın, evlənəndə tələsməyin.

İlham Cəmiloğlu

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1466
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Barbaris
Allah hec kese qismet etmesin
21 avqust 2017 11:11
5
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
deniz yildizi:)
ALLAHİM herkese komey olsun heckesin aylesi daqalmasin ALLAH her ayleni xowbext etsin herzaman sevib sevilsinler amin amin
20 avqust 2017 19:55
4
Offline
♡ES♡
Sevib evlenmey daha yaxwidi...
20 avqust 2017 19:30
3
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Offline
sunayka
Sitat: AYCA
Allah heckesi boşanma e ayrilma sebebe getrib cigartmasin

amin
20 avqust 2017 15:12
2
Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda...
Offline
AYCA
Allah heckesi boşanma e ayrilma sebebe getrib cigartmasin
20 avqust 2017 11:50
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri