Davamlı və xoşbəxt ailənin sirrləri...

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 2 406
Səs ver:
(səs: 1)
Evlilikləri davamlı etmək artıq o qədər çətinləşdi ki... Nə köhnə evliliklərin dadı var, nə də illər boyunca sürən xoşbəxt evliliklər. Boşanma ədədləri hər keçən il artan ölkəmizdə, bu evlilikləri uzatmaq üçün təkliflər paylaşmaq istədik.

"40 ildir evliyik" deyərkən gözlərinin içi gülən qadınları gördüyünüzdə siz də qibtə edərək baxırsınız deyilmi? Evlilik, doğru həyat yoldaşı tapdıgınız zaman nağıllarda yaşayırmış kimi hiss etmənizi təmin edər. Yoldaşınıza qarşı olan davranışlarınız da xoşbəxtlikdə son dərəcə həlledici ola bilir.

Hörmət edin!
Uzun ömürlü bir evliliyin ilk şərti hörmətdir. Həyat yoldaşınıza hörmət edə bilərsiniz. Bəs həyat tərzinə, bəyənmələrinə, zövqlərinə, qaydalarına hörmət edirsinizmi? Əgər cavabın "bəli" isə evliliyinizin uzun sürəcəyinə əmin ola bilərsiniz. Ancaq "xeyr" deyirsinizsə davranışlarınızı nəzərdən keçirmənizin vaxtı gəlmiş deməkdir

Keçmişi xatırlamayın!

Cütlər evlilik qərarı almadan əvvəl yaxşı ya da pis bir çox yaşanmışlığa sahib ola bilirlər. Yoldaşınızın keçmişində etdiyi səhvləri hər fürsətdə dilə gətirmək evliliyinizin riskə girməsindən başqa bir qazanc verməyəcək. Yoldaşınıza xatırlamaq istəmədiyi xatirələri də daxil olmaq üzrə davamlı keçmişi xatırlatmayın. Əksinə unutmasını təmin etməlisiniz

Sevildiyini bilməli!

Qadınlar sevgilərini yoldaşlarına müəyyən etməkdən qaçınarlar. Hər nədənsə kişilərin çox sevildiyini anlarsa özünü "çantada kəklik" olaraq görə biləcəyi kimi səhv inanclar evliliklərdə yoldaşların arasına buz kütlələrinin girməsinə dəvətnamə yollayar. Yoldaşınıza onu sevdiyinizi mütləq müəyyən edin və hətta bunu dilə gətirin. Yoldaşınız sevildiyini bilməli.

Paylaşıma önəm verin!
Yaşadıqlarınızı yoldaşınızla paylaşmağa diqqət edin. Əlbəttə ən kiçik hadisələri belə anlatmanızdan söz etmirik. Ancaq hadisələr qarşısında nə hiss etdiyinizi ya da hadisələrə baxış bucağınızı yoldaşınızla paylaşmaqdan qaçınmayın. Bunu etsəniz qısa müddətdə yoldaşınızın də sizinlə daha çox paylaşım etdiyini görəcəksiniz.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 406
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri