Evlilik təkliflərində yeni tendensiya formalaşır

Müəllif: Son Bahar
Şərhlər: 0
Baxılıb: 1 604
Səs ver:
(səs: 0)
Son vaxtlar ailə quracağı insana fərqli formada evlilik təklifi edənlərin sayı artıb.
Artıq bir çoxları həyatının ən önəmli anlarından birini orijinal formada yaşamağa çalışırlar. Ancaq buna münasibət birmənalı deyil.
Məsələn toyların birində gəlin toyun sonunda əvvəlcə gül dəstəsini adətə uyğun arxaya doğru atmaq istəyir, daha sonra fikrindən daşınaraq onu rəfiqəsinə verir. Bəy isə cibindəki üzüyü dostuna uzadır. Beləliklə, bir toyun sonunda digər toyun təməli atılır və toyda evlilik təklifi baş tutur.
Qadınla.com bildirir ki, bu görüntülər paytaxtda baş tutan toy mərasimlərindən birində lentə alınıb.
Sosioloq Rəşad Əsgərov deyir ki, hər bir yenilikdə müsbət istiqamətlər var. Amma bu pozitiv istiqamətlərdən neqativ halları çıxarmaq və milli adətlərimizə də yer vermək lazımdır.
Sosioloq məsələnin fərqli bir aspektinə də diqqət çəkərək deyir ki, bir neçə xeyir işin üst-üstə düşməsi cəmiyyətdə birmənalı qarşılanmır.
Şəhər sakinləri də bu məsələdə fərqli fikirlərə malikdirlər.
Toy adətlərinin müsbətə doğru inkişafi yaxşı haldır, amma ifrata varmamaq şərti ilə...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 604
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri