Evlilik

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 2 003
Səs ver:
(səs: 1)
Ağılsızlar evlənir. Ağıllı olanlar isə ərə gedir. Siz heç belə şey eşitmişdiniz? Biz hamımız, əsasəndə kişilər həddindən artıq öz azadlığımıza çox dəyər veririk. Nəyə görə kişilər birini sevib, digəri ilə ailə həyatı qururlar ? Bu sualın cavabını tapmaq üçün qadın baxışları ilə bu suala yanaşmağ lazımdı. Deməli belə, nə üçün və nəyə görə kişilər qadınları sevirlər və öz sevdikləri qadınla evlənmək istəyləri hardan yaranır? Təəsüflər olsun ki, çox vaxt qurulan ailələr sevgi üzərində qurulmur. Bu günümüzdə hüzünlə deməliyəm ki sevgi üzərində qurulan ailələr azlıq təşkil etdiyindən artıq Qırmızı kitaba belə düşməlidir. Statistikaya nəzər yetirsək görərik ki, 100 sevgilidən 10 u nigaha daxil ola bilir. Müasir gənclər hətta bu mövzuda zarafata başlayıblar:
"Ailə qurmaq lotoreya deyil, Lotoreyada sizin şansınız var"

İndiki zamanda tez tez bu sözlərə rast gələ bilərik: “Mən səni sevirəm” “Mən səni həm sevincdə, həmdə kədərdə toya qədər sevəcəm”- yaxud da, “ Hər ömür ölümlə nəticələnmir, hərdən o toyla sona yetə bilər” Bu gülməlidir, razısız?
Bütün bunlara baxmayaraq kişilər evlənirlər, axı onları bu addımı atmağa məcbur edən səbəb nədir? Gəlin baş açmağa çalışaq ki, niyə kişilər birini sevib, digəri ilə yəni sevmədiyi biri ilə evlənir.
Birinci səbəb- Gözəl, varlı və ağıllı xanımla evlənmək
Belə bir aforizm var,"Siz gözəl, varlı və ağıllı xanımla evlənmək istəyirsinizsə, siz üç dəfə ailə həyatı qurmalısınız".

İkinci səbəb- Pula görə bağlanan evlilik çox vaxt belədə olur....
Bəzən kişi seçiminin düzgün olduğuna inanıb evlənir və nəticədə də bu böyük fəlakətlə nəticələnir. Çünki, pula görə bağlanan nigahda kişi imkanlı həyat yoldaşının quluna çevrilir.
Üçüncü səbəb: Bəlkədə oxuculara bu kəlmə tanışdı: “ Birinci dəfə sevgi ilə evlənirsən, ikinci dəfə pula görə, üçüncü dəfə isə vərdişə görə”
Dördüncü səbəb – Anam mənə sevdiyimi almırsa, mən onun sözündən çıxa bilmərəm.
Məncə artıq sözə ehtiyac yoxdu. Siz başa düşdünüz söhbət hansı kişilərdən gedir.
Bir şeyidə unutmayın ay kişilər. Sevgi üzərində qurulan ailə qat qat pula görə qurduğunuz ailədən üstundür. Çünki dünyanın malı dünyada qalır. Sevdiyinizin və sizi həqiqətəndə saf sevgi ilə sevən yarınızın dəyərini bilin!

P.S:Dəyərli fikirlərinizi bildirməyi unutmayın..!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 003
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri