Boşanmanın uşaqlara təsirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 638
Səs ver:
(səs: 0)

 

 

Kim boşanmaq üçün evlənər ki? Təbii ki,heç kim. Hər bir insan evlənərkən xoşbəxtlik içində qurduğu xəyalları yaşamaq istəyir. Lakin hal-hazırda bunun reallaşdığını çox nadir hallarda görməkdəyik.

Çox adam isə boşanarkən uşaqlarının nə hala gələcəyindən xəbərləri belə yoxdur. Lakin boşanmanın uşaqlar üzərində çox böyük problemlərə gətirib çıxardığını gəlin Prf. Dr. Aysel Turşdan öyrənək..
Prof. Dr. Aysel Turş, ‘Mən Xəstə Deyiləm' adlı kitabında ana ata ayrılığından dərhal sonra görülən dəyişikliklərin, ailədən ailəyə fərqlilik göstərdiyini ifadə edir. Buna görə bəzi uşaqlarda evdə və məktəbdə ictimai əlaqələrin pozulduğu gözlənərkən, bəzilərində yetkinlərə qarşı təcavüzkarlıq, qarşı gəlmə və ya yaxınlaşma görülür. Xüsusilə oğlanları digər yetkin kişilərdən kömək istər hala gəlir ya da həddindən artıq təcavüzkarlaşır. Qızlardasa təcavüzkarlıq mənəvi və fiziki olaraq özünü müəyyən edir. Qızlarda ayrıca həyasızlaşma, ağlama və ya asılılıq meylləri görülür.

Ətrafın rəftarı dəyişir
Ətrafının ana atası ayrılan uşağa göstərdiyi reaksiyalar da fərqli olur. Prof. Dr. Aysel Turş, bunu belə açıqlayır: "Müəllimlər daha böyük oğlanların ana atasının boşanmasına, qızların ana atasının ayrılmasından daha az müsbət baxır. Atalarıyla müntəzəm görüşən və ya anaları tərəfindən müstəqillik yönündə cəsarətləndirilən oğlanların  şəxsiyyəti mənimsəmələri heç də problemli deyil."

Yaş dövrlərinə görə təsirlənmə
Məktəb əvvəli uşaqlar: Bu dövrdəki uşaqlar ‘körpələşmə' kimi geriyə çevrilən davranışları göstərir. Ana ,ata tərəfindən ‘başlarından atılmış' olmaq narahatlığını daşıyırlar. Ayrılığa səbəb olduqlarını düşünür, özlərini günahkar və məsul hiss edirlər. Ətrafdakı bütün ayrılıqların fərqinə varmağa və qorxmağa başlayırlar. Yuxu pozuqluqları yaşayır, narahat, ağlamaya hazır və təcavüzkar olurlar. Oyundan tez bezirlər.
7-8 yaş qrupu: Bu yaş qrupundakı uşaqların bir qisimi depressiya hallarını göstərərkən, uşaqların ağılı atalarının gedişində olur. Açıqca əzabını ortaya qoyan uşaq, atasının qayıtmasının istədiyini ifadə edir. Ananın yenindən evlənərək atalarının başqasıyla yer dəyişdirməsindən qorxurlar. Atanın gedişini özlərinin tərk edilməsi kimi qəbul etdikləri diqqəti çəkir. Ana atalarının yenidən birləşməsini ümidlə gözləyirlər. Oğlanlar xüsusilə anayaəbi olur, atalarının itkis(n)i üçün ananı günahlandırır.
9-12 yaş qrupu: Bu yaş məktəb uşaqlarının ayrılığa başlanğıc reaksiyaları ümumiyyətlə ana atadan birini bütün bu problemlər üçün məsul tapmaq başlar. Uşaqların tərəf tutduğu fərq edilir. Hər iki valideynlərə və ya ikisindən birinə şiddətlə əsəblənər. Ana ataların başqalarıyla əlaqəsinə qarşı son dərəcə həssas olarlar.Bu yaş qrupundakı uşaqların məktəb müvəffəqiyyətləri eniş göstərir.
Gənclər: Gənclərin ana-ata ayrılığına reaksiyalarında gəncdən gəncə böyük fərqlilik göstərir. Bəzisi ana ata uyğunlaşmazlığını çox yaxşı belə bildikləri və anlaya bildikləri halda, onları mərhəmətsizcə tənqid edir. Kimisi də özünü müvəffəqiyyətlə sıyıraraq yeni şərtlərə çox yaxşı uyğunlaşma təmin edir. Bəzilərinin də sürətlə yetişkinləşdiyi, ailə içində çox daha məsul rollara yükləndiyi, lakin eyni zamanda ev xaricindəki fəaliyyətlərini diqqətə çarpan şəkildə artırdıqları gözlənir.

/Mənbə:Qadınlar.biz/

 

 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 638
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri