Evlilik üçün ideal yaş həddi

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 4 019
Səs ver:
(səs: 1)
Texas Universitetinin alim və sosiloqları ərə getməyin və evlənməyin yaş həddi olaraq 23 – dən 27 – yə yaşa qədər olduğunu göstərdi.

Tədqiqatlar 1503 şəxs arasında aparılmışdı, bu araşdırmada gənc oğlan və qızlar, xüsusən 18 yaşından yuxarı olan şəxslər yer almışdı. Onların əksəriyyəti evli idi, bəzilər isə boşanmışdı. Onlara müxtəlif suallar verildi, Bu suallar evlilik, boşanma, uşaqların böyüdülməsi haqqında idi. 88% insanlar düşünür ki, həyatda bir dəfə evlənmək lazımdır.

Ailə vəziyyətinin saxlanılması və idarə edilməsi, eyni zamanda uğurlu evlilik üçün yaş həddlərinə diqqət yetirilməyə başlanıldı. Nəticə etibarı ilə hansı yaşlar arasında evlənən şəxslərin həyatlarındakı evlilik daha uzun sürür və uğurla nəticələndiyinə qərar verildi.

Tədqiqat zamanı aşkar olundu ki, erkən nigahlar boşanma ilə nəticələnir, alimlər bunu gənc yaşların şıltaqlığı hesab edir və bu zaman insanlar məsuliyyət daşımağı bacarmırlar. Həmçinin onların çiyinlərində olan yük həddindən artıq ağırlıq edir, bu da ailə həyatında yaranan çətinliklərlə əlaqədardır. Həmçinin arası kəsilməyən münahisələr sonda evliliyin bitməsi ilə nəticələnir.

Gec edilən evliliklər tez olanlarla müqayisədə daha uğurlu sayılır. Lakin alimlər bildirir ki, gec evlənən şəxslərin də artıq yaşları keçdiyi üçün onlar bir – birlərinə öyrəşməyə çətinlik çəkirlər. Bu da evlilikdə soyumağa gətirib çıxarır.

Əgər sizin 30 yaşınız varsa yaxud daha böyük yaşa maliksinizsə heç də qorxmayın. Çünki gec evlənənələrin ailə həyatları daha uzun ömürlü olur. Belə insanlar daha seçici davranır və heç kimi bəyənmirlər. Lakin evlənərkən özünüzə və yaşınıza uyğun şəxsləri seçməyə çalışın. Xüsusən özünüzdən yaşca çox balaca olan insanlara üstünlük verməyin, unutmayın ki, yolda gedərkən o, sizin qızınız kimi görünəcək və ətrafın baxışları, insanların düşüncəsi sizi narahat edib, psixoloji təzyiqə məruz qoyacaqdır.

Bütün bunları nəzərdən keçirdikdən sonra alimlər düşünür ki, ideal evlilik yaşı və ailə qurulması 23 və 27 yaşlar arasında həyata keçirilərsə daha məqsədəuyğun olar. Alimlər bəzən gənclərin ilk gördükləri şəxslərlə evlənməsini də xoş qarşılamır, çünki başınızı qaldırıb ilk tanış olduğunuz şəxslə evlənmək də uğursuzluq amillərini ortaya qoyur. Buna görə də tədqiqatları özünüzə qayda və qanun kimi götürməyin. Əgər sizin yaxşı münasibətdə olduğunuz biri varsa və evlənmək stəyirsinizsə, gecikməyə ehtiyac yoxdur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri