Azərbaycanda evlilik üçün ən ideal yaş – SORĞU

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1069
Paylaş:
Səs ver:
(səs: 0)
Evlilik insan həyatının ən çətin, məsuliyyətli qərar vermə anlarından biridir. Bu qərarın verilməsində aparıcı rol oynayan amillərdən biri də qərar verən şəxsin yaşıdır. Dünyanın əksər ölkələrində evlilik yaşı anlayışı 18 kimi qəbul edilir. Yəni bu yaşda olan istənilən şəxs evlənmək barədə müvafiq dövlət qurumlarına müraciət edə bilər. Amma bu, hələ o demək deyil ki, 18 yaşlı gənc evlilik kimi məsuliyyətli yükün altına girə bilər. Bəs Bakı sakinləri kişiləri evliliyə hansı yaşda hazır görür? Kişilərin ailə qurması üçün ideal yaş neçədir?

Qadinla.com xəbər verir ki, mövzu ilə əlaqədar "ACT Azərbaycan" sorğu keçirib.

Rəyi öyrənilmiş paytaxt sakinlərinin bu mövzuda fikirləri bir-birinə çox bənzəyir. Belə ki, xanım respondentlər kişilərin evlənməsi üçün ideal yaş olaraq 27-ni görürlər. Kişilər özləri isə bu yaşın nisbətən az – 26 olmasını istəyirlər.

Bütün yaş qruplarını əhatə edən sorğuda respondentlərin kişilərin evlilik üçün ideal yaş cavabı ortalama 27 yaşa bərabərdir.

Qadınların evlilik üçün yaşı Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə mübahisə doğurur. Belə ki, əksər müsəlman və Şərq ölkələrində qadınların nikaha erkən yaşlarda girməsi, Qərb dünyasında isə qadınların 35 yaşdan sonra ailə qurması narahatlıq yaradır.

Bakı sakinləri isə bu məsələdə ortaq dil tapa bilir. Belə ki, qadınlar zərif cinsin nümayəndələrinin 23, kişilər isə 22 yaşda ailə qurmasının tərəfdarıdır.

Bütün yaş qruplarını əhatə edən sorğuda respondentlərin qadınların evlilik üçün ideal yaş cavabı ortalama 22 yaşa bərabərdir.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1069
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
AYCA
Ee vallah onun yaşi yoxdu cox gormusuy 25 26yasda evlenirlrr 1ilden sora ya Allah boşandilar amma 17 18yasda evlennen qizlarmizin ekseryeti vallah ailelerni yaxsi qoruyub saxlayirlar
23 noyabr 2017 15:12
5
Offline
BARBI
En ideal yas 21 dir.Qadinlar bu yasda yetkinlesit
23 noyabr 2017 13:34
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Xəyallar limanı
Ağıl yaşda deyil başdadı..!
Mən düşünürəm ki yaşın bir əhmiyəti yoxdur
Bu o demək deyil ki hə 16-17yaşlı qızlar durun evlənin
Sadəcə insanın özünə olmalıdı baxırsan 24 yaşı var ailə qurub uşaq kimidir bir işin ucundan tuta bilmir
Baxırsan 17 yaşı var dünyanın işin görür tərbiyəsidə yerində
Böyüknən böyük kiçiknən kiçik
O ki qaldı ərkən yaşda evlənənlər tez boşanır dözmür diyənlərə
Guya 26-27yaşda ailə quranlar boşanmır
İnsanın özündə olmalıdı
Təşəkkür
23 noyabr 2017 13:09
3
Kim deyir ki, nömrəmi dəyişmişəm? Xeyr hələdə N°1-əm!
Online
Aykam2001
Qızlar mənim fikrimcə 25 oğlanlar isə 27
23 noyabr 2017 12:32
2
Кто-то говорит “Люблю”, потому что выучил это слово наизусть. Кто-то не может сказать, потому что действительно любит.
Offline
sevgi qatarı
Mence qizlar 24 oglanlar 27
23 noyabr 2017 11:24
1
Sevgi Qatarı

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri