Əgər tənha və subaysınızsa, deməli...

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 3 182
Səs ver:
(səs: 0)
Mütəxəssislər bildirib ki, subay və tənha yaşayan insanlar daha erkən yaşlarda ölür.

Qadinla.com bildirir ki, Duke Universitetinin tədqiqatçıları bildirib ki, subay və tənha yaşayan insanların iflic olma riski evlilərlə müqayisədə 70 faiz daha çoxdur. Onların sözlərinə görə, evli olan iflic xəstələri daha sürətlə yaxşılaşır. Bunun səbəbi isə xəstəliyin müalicəsi ərzində onların qayğılarına qalan şəxslərin olması və yalnız qalmamalarıdır.

Tədqiqatçılar evlənib boşandıqdan sonra yenidən evlənməyənlərin heç evlənməyənlərlə müqayisədə daha sağlam olduqlarını da iddia edib. Bundan başqa, ailə münasibətlərinin pis olması da insanın səhhətinə mənfi təsir göstərir.

Aparılan araşdırmalara görə, boşanmış şəxslərin 23 faizi, dul qalmış inanların isə 25 faizi iflicdən əziyyət çəkir. Bir neçə dəfə boşanan insanlarda bu rəqəm 39 faizə, bir neçə dəfə dul qalanlarda isə 40 faizə qədər qalxır.

Tədqiqatın rəhbəri Riçard Françes bildirib ki, alimlər evlilik münasibətlərinin və mədəni əlaqələrin sağlamlıq üçün əhəmiyyətli rola malik olub-olmadığını öyrənməyə çalışıb:

"Son araşdırmaya görə, iflic və ya infarkt kimi xəstəliklərin müalicəsində evliliyin rolu mühümdür. Müalicənin müsbət istiqamətdə getməsi üçün xəstəlik prosesində psixoloji və mənəvi dəstək görməsi vacibdir".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 182
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri