Evdar xanımlar mütləq oxuyun!

Müəllif: Efsuw2016
Şərhlər: 1
Baxılıb: 3 264
Səs ver:
(səs: 1)
Baxımlı qadın
Qadın – Həmişə öz gözəlliyi, özəlliyi, səmimiliyi ilə seçilən bir qadın!
Qadın – Kişini kişi edə bilən!
Qadın – Dünyaya övlad gətirə bilən!
Qadın – Ana ola biləcək varlıq!
Qadın – Tarixlərdə adla deyilən!

Bəs ideallığa meyilli qadın necə olmalıdır? Baxımlı qadın deyiləndə sizcə hansı qadın nəzərdə tutulur? Bu gün cəmiyyət qadın deyəndə necə bir qadını görmək istəyir? Bu gün kişilər öz qadınlarını necə görmək istəyir? Bu gün atalar qızlarını necə görmək istəyir?

Bu dəfə yazımı evdar qadınlara ünvanlayıram. İşləməyən – evinin xanımı, yoldaşının gülü, övladlarının anası olan qadınlardan yazacam. Bu xanımlara nə məsləhət verə bilərik?! Əvvəla bu qədər çirkli, napak cəmiyyətdə ailə sahibi olmaq və övlad tərbiyə etmək çox uğurlu bir nəticədir.
Hörmətli xanımlar, gəlin biz özümüzdən başlayaq: birinci zahirimizi səhmana salaq. Hər gün yoldaşımızdan əvvəl oyanaq. Bu bir neçə gün, bir neçə ay çətin olacaq – sonunda isə vərdişə çevriləcək. Əvvəlcə güzgüdə özünüzü düzəldin, səliqəli geyinin və səhər süfrəsi açın. Bunu xüsusi məhəbbətlə etsəniz nəticə siz gözlədiyinizdən daha da gözəl alınacaq. Sonra yoldaşınızı oyadın. Allahın sizə bəxş etdiyi, çoxlarından isə əsirgədiyi balalarınızı xüsusi metodlarla oyadın. Nəhayət, onlar da buna vərdiş edəcək, hətta, sizə kömək belə edəcəklər. Bu bir qadın üçün özünün və ailəsinin gününə uğurla start verməsidir (başlamasıdır).
Sonra uşaqlarınıza diqqət yetirin, onlara xeyirli məşğuliyyətlər verin.

Hətta onların xəbəri olmadan öz işləriniz üçün uşaqlarınızın köməyindən istifadə edə bilərsiniz. Məsələn, oyun təşkil edin: Uşaqlar, yerdə artıq nə varsa yığın. Kim əşyaları yerinə düzgün qoyarsa o qalib olacaq – deyib onları həvəsləndirin.
Evdar xanımlar! Uşaqların vaxtlı-vaxtında yemək yeməsi çox vacibdir. Qabardaraq demək istəyirəm ki, hətta gələcəkdə orqanizmlərinin, sağlamlıqlarının necə olması bundan asılıdır. Bəzən 4-5 yaşlı uşaqlara valideynlər öz yedikləri yeməklərdən verirlər. Artıq bu o qədər adiləşib ki, heç bilmirlər də bu bilavasitə uşağın mədəsinə indidən xəstəlik salmaqdır.

Xanımlar! Özünüzə xüsusi diqqət yetirin. 26 yaşında artıq ruhdan düşmüş formada olmayın. Hələ bu ən gözəl dövrdür. Həyat yoldaşınız yanınızda olmadıqda ona zəng edin, arabir telefonuna xoş sözlər göndərin. Həyata, uşaqlara, yoldaşınıza düşüncələrinizi xüsusi və gözəl şəkildə dəyişdirin. Mehribançılığı, xoşbəxtliyi özünüz üçün əsas meyar edin. Öz ananızla, qaynananızla münasibətlərinizi yaxşılaşdırın. Məsələn, onlara zəng edin. Ola bilər ki, bu sizə xoş gəlmir, lakin ailə daxili münasibətlər üçün bu vacibdir.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 264
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri