Evlilik haqqında 8 maraqlı FAKT

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 492
Səs ver:
(səs: 1)
Gəlin paltarı niyə ağ olur? — Gəlinlik libasları bütün dövrlərdə ağ rəngdə olmayıb. Tarixdə milli adətlərə görə, mavi, çəhrayı, gümüşü, qızılı, hətta qara rəngli gəlinliklər də mövcud olub. Məsələn Qədim Romada gəlinliklər sarı rəngdə olub. Ağ gəlinliyin tarixi Birləşmiş krallıq və İrlandiya kraliçası Victorianın 21 yaşında Prins Albert ilə toyundan sonra dəb halını alıb.

Öpərək yuxudan oyandırmaq — Bu maraqlı həqiqət kişilərin diqqətini çəkir. Səhərləri həyat yoldaşını öpərək oyandıran insanların daha uzun ömürlü olduğu deyilir. Bu ənənə xüsusən də, kişilər tərəfindən çox sevilir.

Fədakarlığın təsiri — 2006-cı ildə aparılan bir araşdırmada bəlli olub ki, fədakarlıq evlilikdə səadət və huzuru təmin etməkdə böyük rol oynayır. Araşdırmada iştirak edənlərdən sevgidə nə qədər fədakar olduqları soruşulub. Daha sonra müsbət və mənfi cavab verənlərin rəyləri ölçülüb. Məlum olub ki, fədakar olanların ailələri daha uzun ömürlü və sağlam olur.

Nişan üzüyünün hekayəsi — Evlənən zaman üzük taxmaq adəti Qədim Misir və Roma dövrlərindən qalıb. Misirlilər, üzüyün başlanğıc və bitişi olmamasını sonsuzluğu təmsil etdiyi üçün uğur gətirdiyini deyib. Tarixə düşən ilk nişan üzüyü almazdan olub və 1477-ci ilə aiddir.

Gülüşün təsiri — Evlilik qərarında iki insanın aralarında olan duyğusal cazibə əsas rol oynayır. Evlilik qərarı verməzdən əvvəl sevdiyi insanın tələbəlik illəri kontrol edilib. 2009-cu ildə aparılan bir araşdırmada alimlər müxtəlif insanların tələbəlik illərindəki gülümsəməsini qiymətləndirilib. Çox gülən və gülümsəməyi sevən insanların demək olar ki, heç biri boşanmayıb. Gülümsəməyən insanların əksəriyyətinin isə ailəsi dağılıb.

Evlilik təklifi - ən modern evlənmə təklifi təbii ki, kişilərdən gəlir. Lakin qadınlar da bəzən evlənmə təklifi edir. Qadınların evlilik təklifi etməsi qədim zamanlarda da mövcud olub. 1228-ci ildə Şotlandiyada qadınların kişilərə evlilik təklifi etmə haqqı verilib. Bundan sonra Avropada qadınların evlənmə təklifi etməsi yayılıb.

Şiddət — 2010-cu ildə aparılan bir araşdırmada məlum olub ki, evlilik kişilərdəki şiddəti 35 faiz azaldır.

Nişan barmağının əhəmiyyəti nədir? — Nişan üzüyünün sərçə barmağın yanındakı barmağa taxılması da qədim dövrlərə söykənir. Bu barmaqda sevgi damarı (vena amoris) dedikləri damarın ürəyə doğru getdiyi uydurulub. Bu isə insan anatomiyasının tam öyrənilmədiyi zamanlara gedib çıxır. Bu səhv fikir olsa da, bu günə kimi yaşamaqda davam edir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 492
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri