Ailə qurarkən valideyinlərin fikri önəmlidirmi

Müəllif: Efsuw2016
Şərhlər: 3
Baxılıb: 2 037
Səs ver:
(səs: 1)
Hər bir kəsin ailə həyatı qurarkən müstəqil addım atmaq hüququ vardır. Amma, evlilikdə bəzi məsələlərə diqqət etməkdə fayda vardır. Evlilik seçimində səndən yaşca böyük və təcrübəli insanların fikrinə müraciət etməkdə fayda vardır. Əgər sən marketdən bir şey alıb, bəyənməzsənsə onu dəyişdirə və ya yenisi ilə əvəz edə bilərsiniz. Ailə quracağınız şəxs isə canlı varlıqdır və elə bir varlıqdır ki, onu qaytarmaq və dəyişdirmək mümkün deyil. Əgər evlilikdə geri addım atarsınızsa, bu nəinki sizin ailə həyatınızda problemlər yaradar, həm də yaxın qohumlarınızın psixoloji sarsıntılar keçirməsinə səbəb olar. Eyni zamanda, cəmiyyətdə müəyyən çatlamaların yaranmasına gətirib çıxarır. Ona görə də evlilik qurarkən təcrübəli insanların fikrinə müraciət etmək, daha sonra isə bu fikirləri analiz edib seçim etmək məsləhətlidir. Hər bir valideynin bizim üzərimizdə böyük haqqı var. Biz bu haqqa riayət edərək həm adət-ənənəmiz olaraq, həm mentalitet baxımından, həm də mənsub olduğumuz dinin əsaslarına dayanaraq onların razılığını almalıyıq. Amma, valideynin israr etdiyi qız və ya oğlan varsa, artıq əsas məsələ evlənəcəq şəxslərin üzərinə düşür və məsələyə geniş nəzərlə baxmalı olurlar. Evdən sizə gələcək təklifə ani olaraq "yox" cavabını verəcəyinizə, biraz daha geniş araşdıra bilərsiniz. Nə üçün valideynim bu seçimi etməmi istəyir?-deyə fikirləşməlisiniz. Araşdırma apardıqdan sonra, həqiqətən də valideynin seçdiyi şəxs sizin istəkləriniz ilə üst-üstə düşmürsə, valideyni incitmədən ona məsələni söyləməyə çalışmalısınız. Əgər hər şeyə baxmayaraq, fikirlər uyğunlaşmırsa, o zaman ən sonda özünüz qərar verməyə çalışmalısınız.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri