Boşanmalardan ortaya çıxan mənfi təsiri necə qoruyaq ?

Müəllif: Efsuw2016
Şərhlər: 1
Baxılıb: 2 056
Səs ver:
(səs: 1)
Evlənmək – kökü ev, ev sahibi olmaq, ailə ocağı sahibi olmaq deməkdir. Həmişə biz deyirik ki, hər bir ailə mini dövlətdir. Dövlətin kiçik bir modelidir. Siz hansı normal bir ölkəni misal göstərə bilərsiniz ki, orada iki prezident və ya iki kral iki imperator olsun. Mümkün deyil belə olsun. Yəni hər bir ölkənin də başçısı bir olduğu kimi ailənin də bir başçıları olmalıdır. Şahmat fiqurlarına baxın. Şah, yanında avropalılar üçün kraliça, biz isə qadınlara qısqanırıq da ona görə ora vəzir salmışıq. Yəni idarəçi sistem bir olmalıdır. Təsəvvür edin evdə yaşca böyük ata və ana varsa və ailə qərar verməlidirsə o nə qədər hörmətə sığar ki, mən atamı vecimə almadan qərar alam deyəm ki, belə olmalıdır. Amma atamın sözünü də götürə götürə bes ne vaxt ata olacam? Bugünkü gün problem odur. Gənclər ailə qururlar. Baxırsınız ki, fiziki olaraq yaşları çatır evlənməyə amma mənəvi psixoloji cəhətdən onlar evlilik yaşına çatmayıblar. Hələ o anasının ətəyindən tutub gəzən balaca bir qız və ya oğlan uşağıdır. Uşağa biz yemək yeməyi necə öyrədirik? Əvvəlcə əli ilə götürür yeyir. Daha sonra qaşıqla götürür 90 faizini yerə dağıdır 10 faizini yeyir bununla da yavaş yavaş öyrənir. Gənclər də ailəni belə öyrənməlidir. Bəli səhvləri olmalıdır. Ən ideal bir avadanlıq məsələn isveçrə saatları düzələrkən də onun içəridəki çarxları bir müddət bir-birinə sürtüşə-sürtüşə uyğunlaşır. İnsanlar da belədir. Əvvəlcə onlar hansısa bir sözləri səhv gələcəkdir, yola gedə bilməyəcəklər, bir şeyi səhv edəcəklər amma özləri edəcəklər. Bu onların öz səhvləri olacaq və beləcə ailə olacaqlar. Bütövləşəcəklər. Bir problem də odur ki, gənclərin hormonlarla bağlı qürur mənbəyi var da fərz edin yanında başqa bir insan ola ola biri birini çimdiklədi biri birinə tərs bir söz dedi. Təklikdə olanda bu unudulur çıxır gedir.

Amma onun anası atası yanında olanda qorxur ki sonra buna arvadın sözü ilə oturub duran deyəcəklər. Və yaxud da qız özünü qaynanaya göstərmək istəyir. İstər istəməz 3-cü adam artıqdır söhbəti olur burda. Onun yanında bu konflikt başlayır daha da böyüməyə. Onun yanında hər biri özünün dominant olduğunu göstərməyə çalışır. Valideyn övlad münasibəti borc deyil. Bilirsiz borc elə bir şeydir ki, xüsusən də Azərbaycanda onu alırsan və geri qaytarmırsan. O instinkdir. Yəni heyvanlarda da belədir ki, canavarlar ov edəndə əvvəlcə parçalayırlar sürüdəki yaşlı canavarın qarşısına qoyurlar. O yeyir doyur sonra cavanlar yeyir. Yəni özündən yaşlı nəslə hörmət tutmaq bu instinkdir. Bu qaçılmaz bir şeydir. Gəlin etiraf edək ki, normal halda gənclər oğlanın 28-29, qızın 25-26 yaşı olanda ailə qururlar. Bu yaşda övladı olan analar, atalar nə o qədər əpriməyiblər ki, əllərinə çay ala bilməsinlər. Onların o yaşda canlarının sulu olan vaxtıdır. 50-60 yaşları var hansı ki, onlar 100 gəncə dəyər. Onların bu dəqiqə nə fiziki nə də maddi ehtiyacı yoxdur gənclərə. Hələ bu dəqiqə danışsaq atalar, analar ağlayır ki, evləndirmişəm övladlarımı amma elə bir əlim onların üstündədi. Maaşımı, pensiyamı onlara aparıram. Mən razıyam. O yaş gələndə ki, artıq valideynlər 80 yaşı haqlayıbdır artıq onun yardıma ehtiyyacı var o zaman bir yerdə yaşamaq olar. Avropalılardan bir ənənə götürmüşük e bal ayı. O rəsmi ay deyil amma onlar minirmiş gəmiyə uzun müddət səyahətə çıxırmış. Çünki gənc ailə ilk vaxtlar ayrı olmalıdırlar. Bir birinə uyğunlaşmalıdırlar. Bizdə isə tərsinə. Deyirlər qoy gətirək əvvəlcə öz yanımıza daha sonra ayırarıq. Ondan sonra ayırmaq kimə lazımdır? Vaxtında bunlar ayrı olmalıdırlar ki, ailə olsunlar sonra valideyn yaşlaşanda, onun artıq müəyyən qayğıya ehtiyyacı olanda onda bir yerdə yaşayarlar.

Mən özüm şəxsən xarici kolleqalarım ilə bu haqda danışanda ümumiyyətlə onlar çox təəccüblənirlər ki, insanın belə problemlərimi olur. Hansı müsəlman mentalitetindən danışırıq? Hansı qafqaz temperamentindən danışırıq ki, bir evdə bir ailə və başqa bir adam. Bəs bunların intim həyatı necə olacaq? Bilirsiniz intim həyat nə deməkdir? İntim həyat onların alt paltarında qaçdı tutdu oynamağı deməkdir. Bir biri ilə zarafatlaşmağı deməkdir. İnsanın evi o yerdir ki, mən orada ən alt paltarında rahat gəzməliyəm, stress atmalıyam, yoldaşımla zarafatlaşmağa fürsətim olmalıdır. Təsəvvür edin əgər biz qafqazlılıqdan dəm vururuqsa atanın ananın yanında kim bunu edə bilər? Hələ mən demirəm çox vaxtı insanların evində nə baş verdiyindən qonşunun da artıq xəbəri var ki, nələr olur nələr olmur. Yəni demək istədiyim odur ki, əksinə bu ədəbsizlikdir. Hörmətsizlikdir. Ona görə də ya dava qırğınla onlar ayrılırlar və yaxud da istər oğlan istər qızların əksəriyyətinin cinsi problemləri var. Hətta akvarium balıqları belə kürü verəndə onları qara bir parça ilə örtürük ki, o özünü komfort halında hiss etsin. Rahat döl verə bilsin. Amma bilirisz bir eybəcər də adət var yengə söhbəti. Psixoloji impatentsiyanın səbəbi budur. Hərkəs oğlanı tələsdirir. Bu şəkildə təbii ki, onda stress olacaq. Onda da potensial problem yaranacaq. Qızda da problem yaranacaqdır. Bilirsiniz mən danışdıqca daha həssas məqamlara gedir çıxır amma bu bizim acı həqiqətimizdir. Sonra deyirik nəyə görə bizdə ailələrdə problem var. Biz hamını aldada bilərik hətta özümüzü də. Amma təbiəti aldada bilmərik. Fiziologiyamızı aldada bilmərik. Düzdür mən heyvanlara insanlarla bərabər haqqı olan canlı kimi baxıram amma bizim onlardan fərqimiz var. Biz meymun deyilik ki, bizi əhilləşdirsinlər. Dərin psixoloji analiz problemin kökünü tapa bilər. Analiz də edəndə görürük ki, biz təbiəti aldada bilmərik. İki fərdin normal intim həyatı qurulmayınca onlar ailə olmaz.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri