Ailə problemlərini yubatmadan həll edin

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 897
Səs ver:
(səs: 0)
Ailədə problemlər qaçılmazdir.Bəs bu problemləri necə həll edək?Bu sualın cavabını heç də hər kəs bilmir.
Əksər hallarda problemlərdən qaçmağa üstünlük veririk.Lakin belə olanda onlar üst üstə yığılaraq daha böyük problemlərə gətirib çıxarır və bir çox halda da boşanmaların səbəbi məhz bu olur.
Problemi olan tərəflər çox vaxt qohumlara,dost və tanışlara məsləhət üçün üz tuturlar,ancaq bu məsləhətlər də həll yolunu tapmağa kömək etmir.Bunun səbəbi müraciət etdiyiniz insanın yetərincə öz şəxsi təcrübəsinin olmaması və kankret situasiyada nece davranmali olduğunu bilməmələridir.
Psixoloqlarin məsləhət bildiyi bir neçə üsul var ki,bu məqaləmizdə onların ikisi barədə söz açacağıq.

PROBLEMINIZi BIR QEYD DƏFTƏRINƏ YAZIN

Bu faydalı üsuldur.Ilk öncə problemi yazmaginiz üçün xüsusi blaknot və ya dəftər ayırın.Ora ailənizdə yaranan bütün problemləri yazın.Problemin yaranma tarixini və hansı tarixə qədər həll etməli olduğunuzu da qeyd etməyi unutmayın.Bu qeydlər sizə probleminizi yubatmadan həll etməyə çalışmağa sövq edəcək.

PROBLEMIN HƏLL YOLUNUN METODLARI VƏ PLAN

Bir ayrı dəftərə isə hansısa problemin mümkün həlli yolunun metodunu və müvafiq planı yazın.Bu sizin səylərinizi 50 faiz asanlaşdıracaq və sizə yalnız yazdığınız plan üzrə hərəkət etmək qalacaq.Problemin həlli zamanı,iradəli və əzmkar olmaq çox vacibdir.Unutmayın ki,həlli olmayan problem yoxdur və hər bir problemin mütləq ki bir çıxış yolu vardır.Gücünüzə ınanın,özünüzə güvənin.
Bütün ailədaxili problemləri onlar yaranan kimi,yubatmadan həll edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri