Ailədaxili problemləri həll etməyin yolları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 846
Səs ver:
(səs: 0)
Bəzi hallarda ailədə yaranan krizislərdən usanaraq onları həll etməyə çalışmaqdan yorulariq.O zaman bizə elə gələr ki,problemi həll etməyə çalışmaqdansa qırıb atmaq,yəni boşanmaq ən yaxşı çıxış yoludur.Bəs necə olur ki,sevgi və ehtiras hissi ilə qurulan ailə bu həddə gəlib çatır?Bu hisslər cütlükləri niyə tərk edir?

Çox vaxt biz unuduruq ki,ailə elə bir məhfumdur ki,burda hər iki tərəf özü kimi qalmalıdır,ancaq öz partnyoru ilə də,harmonik şəraitdə yaşamağı bacarmalıdır.Ancaq yox,əksər hallarda ailə qurandan sonra insanda bir arxayınlıq yaranır,öz borcunu tamamilə ödənmiş zənn edir.Elə bilir ki,ailə qurandan sonra da hər şey vərdiş etdiyi kimi olacaq.
Ancaq birgə yaşam o deməkdir ki,insan eqoist şəkildə yalnız öz şərtlərini yürütmür.Həmçinin də tamamilə qarşı tərəfin istəkləri ilə də oturub durmur.Hətta bu çox sevdiyi bir insan olsa belə.
Güzəştlərə getmək gərəkə bilər.Ancaq elə prinsipial məsələ ola bilər ki,hansı ki sizincun çox böyük əhəmiyyət kəsb edir,burda öz fikirlərinizdən imtina etməli deyilsiniz.

Deyirlər ki,sevgi digər tərəfi xoşbəxt etmək istəyidir.Lakin ən ideal sevgi bu istəyin qarşılıqli olduğu sevgidir.
Ailədə də hər sey qarşılıqli olmalıdır.Əgər bir tərəf ailənin xoşbəxt olmasına çalışırsa və qarşı tərəfdən buna qarşılıq cavab gəlmirsə o ailədə krizis qatılmaz olacaqdır....
Özünüzü qurban vermək yerinə,çalışın ailədə bərabər irəliləyəsiz.
Əlbəttə ruhən yaxınlıq yoxdursa və heç zaman da olmayıbsa,nəticədə ailə uğursuz alinibsa çox güman ki ,bu cür ailəni qurtarmaq da çətin olacaq,hətta mümkünsüz olacaq.
Ancaq ən başda ailə saf təmiz hisslər əsasında qurulubsa,onda bu ailə uğrunda sonuna qədər mübarizə aparmağa dəyər.

Ailə qurarkən çox vaxt xəyallarımizda qumdan qalalar quraraq hər şeyi çəhrayı tonlarda görərik.Problem yaranıbsa ilk öncə hər şeyə real gözlərlə baxmalıyıq.Ola bilsin ki,ikinci yarimizla yenidən tanış olaq.Ona daha başqa baxış bucağından və daha aydın şəkildə baxmalıyıq.
Problem varsa onları birlikdə həll edin.Bir birinizi tənqid etmədən,təmkinli halda,konstruktiv dialoq şəklində edilən söhbət çox faydalı ola bilər.Ola bilsin bir birinizi düzgün anlamirsiz və ya hansısa səhvinizin fərqində deyilsiz.Açıq və dürüstçə edilən söhbət hər iki tərəfə problemi daha düzgün anlamağa kömək edəcək.
Əgər qarşılıqlı dialoqlar da cözüm olmamışa,o zaman ailə psixoloquna müraciət etmənizdə fayda var.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri