Ərlə arvad niyə bir-birinə bənzəyir?

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 8 511
Səs ver:
(səs: 4)
Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, arlə arvad nəinki xaraktercə, həm də xarici görünüş baxımından da bir–birinə bənzəyirlər. Bəzən bu oxşarlıq o qədər çox olur ki, hətta onları bacı-qardaş hesab edənlər də tapılır.

Yel Universitetinin tədqiqatçıları 25 ildən çox bir yerdə yaşayan cütlüklərin şəkillərini toplayıblar. Sonra onlar evliliyə qədər olan və müxtəlif vaxtlarda çəkilən şəkilləri müqayisə ediblər. Şəkillərin müqayisəsi göstərir ki, ər və arvad ildən-ilə get-gedə daha çox bir-birinə oxşamağa başlayırlar. Bu oxşarlıq təkcə xarici oxşarlıq deyil, həm də xaraktercə baş verir.

Həmçinin o da müəyyən olunub ki, ailələr nə qədər xoşbəxt olsalar, bir o qədər çox oxşarlıq müşahidə olunur. Araşdırmaya görə, ər-arvad bir-birindən heç özləri də hiss etmədən müəyyən xüsusiyyətlər götürür. Bu, xüsusən də, vərdişlərə aiddir. Məsələn, əgər ər siqareti və ya içkini tərgidirsə, bunu onun həyat yoldaşı da edir. Bu hallar idmanla məşğul olmaya, həkimə müraciət etməyə və digərlərinə də aiddir.

Sosioloq və psixoloqlar hesab edirlər ki, əksər hallarda kişilər və qadınlar xarici görünüşlərinə görə özlərinə oxşar olan insanları seçirlər. Müşahidələr göstərir ki, özünə bənzəyənlərlə ailə quran cütlüklər daha çox xoşbəxt və uzunömürlü həyat yaşayırlar. Və əksinə, illərlə sürən xoşbəxt həyat kişi və qadını bir-birinə bənzədir. Cütlük bir-birindən əksər xüsusiyyətləri və vərdişləri götürərək yamsılayır. Ailə həyatı uzun müddət sürdükcə, bu proses daha çox dərk edilmədən baş verir.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 8 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri