Gəlin mənim süpürgəmdir!

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 645
Səs ver:
(səs: 0)
Son zamanlar boşanmalar daha çoxdur və artmağa davam edir. Bəs ailələrin dağılmasına səbəb nədir?
Ailə qurarkən hər kəs xoşbəxt olmaq üçün evlənir lakin bu xoşbəxtliyin qarşısını alan nədir? Yəni ailə həyatı quran şəxslər nələrə diqqət etməlidirlər? Uzun zamandan bəri həll olunmayan qaynana-gəlin çəkişməsi yoxsa ər-arvad çəkişməsi yaxud da kənar şəxslərin müdaxiləsi?


Qaynana və gəlin probleminin başlıca yaranma səbəbi “sahiblənmə” duyğusudur. Arasdırmalar göstərib ki, qadınlarda kişilərlə müqayisədə sahiblənmə duyğusu daha yüksəkdir! Ana övladını, evini, yolaşını, işini demək olar ki hər şeyi sahiblənir! Oğul mənimdirsə, onun evi də, yoldaşı da, övladları da mənimdir deyə sahiblənməyə başlayır. Burada isə nəzərə alınmalıdır ki, gəlin də bir qadındır və onun sahiblənmə duyğusu var və elə burada “qaynana-gəlin” problemi yaranmağa başlayır! Bunun həlli isə gəlinin və yoldaşının üzərinə düşür. Yəni ki gəlin nəzərə almalıdır ki, qaynanası oğlunu itirmək qorxusu yaşayır. Bu məqamda gəlinlər bir az daha təmkinli olmalıdırlar.

Kişinin üzərinə düşən vəzifə isə yoldaşına “mənim anama yaxın ol yaxud mənim anamı sev və ya mənim anama hörmət saxla” kimi sözlərdən istifadə edərək yoldaşınızı sıxışdırmayasınız çünki sizin israrınız ilə yaranan bir münasibət əlbəttə bir yerdə qırılacaq və davamlı olmayacaqdır! Və əsla ananız və yoldaşınızı müqayisə etməyin və belə bir şəraitin yaranmasının qarşısını alın!

Qaynanalar isə gelinə hər şeyi öyrətməyə çalışır, yeni ki artıq o gəlnini tam hazır bir şəkildə görmək istəyir lakin burada diqqət etməlidir ki, gəlnin yaş və təcrübəsi eyni deyil! Nəyisə öyrətməyə çalışmayın, buraxın zaman öyrətsin. Gəlinlər qaynananın müdaxiləsinə icazə verməlidirlər. Yəni ki, əgər qaynana evdə nəyisə dəyişmək istəsə, yaxud səhv tapsa onu dəstəkləyin. Çünki qaynanalar təsdiqlənməyi sevirlər. Bu isə müvəqqəti bir hissdir, yəni zamanla itirmək qorxusu ləğv olduqda artıq qarışmayacaq! Ər- arvad münaqişələrinin səbəbi isə evdə yoldaşın danışmamağı, yaxud da telefon və s. kimi texnoloji vasitələrdən istifadə edərək vaxt ayırmaması və s. Xanımlar ilk növbədə baxmalıdır ki, yoldaşının anası ilə münasibət necədir?

Anası onunla necə rəftar edir? Yoldaşı özünə bağlamağın ən yaxşı yolu anasından öyrənməkdir! Və yoldaşınızın marağı nəyədir? Məsələn: futbol, maşın, siyasət və s. Onun maraq dairəsindən danışın və beləliklə artıq yoldaşınız sizi həm dinləməyə, həm də danışdırmağa meyil edəcəkdir! Bu gün ailələrə mənfi tərəfdən müdaxilə çoxdur! Qohumlar, qonşular, dost-tanışlar ailəyə müdaxilələr etməyə çalışırlar! Bu cür danış, bu tərzdə cavab versən yaxşıdır yaxud mən sənin yerində olmaq istəmərəm və s. kimi cümlələrdən istifadə edərək ailədəki kiçik bir problemin həll olunmaz vəziyyətə gətirib çıxarmağı bacarırlar! Yaxşı olardı ki, buna icazə verməyəsiz ailəniz sizin məhrəmiyyətiniz və şəxsi məkanınızdır, başqasının ora müdaxiləsi düzgün deyil, bu sizin ən yaxınınız olsa belə!

Aytən Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 645
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Nezrin6
Cox fikir vermiwem,maraqlanmiwam, hansi qaynanan oz qaynanasindan cekibse caliwir o da gelinine oz cekdiklerini cekdirsin. Axi niye? Olmaz axi. Ozu cekib,fikirlewmelidiki men eziyyet gorurdum,hec olmasa gelinim gormesin. Ele hereket edirlerki bezen adam utanir vallah o evde gelin olduguna.
6 yanvar 2019 11:39
5
Offline
fiyonik
Qohumda biri var deyir deyir gelin alsaydim evi yigisdirar, mal qaraya baxardi, ele bir gelin yox robot alir.
6 yanvar 2019 09:51
4
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Offline
Cema_Axodova
Menim qaynamin bele duwyncesi varki o ogluna menden yaxwi baxir.yoldawim iwden gelen kimi qacirki bala orda oturma burda otur yemek ye.ele bil oglu helede uwaqdi daha 2ywaq atasi yox.
6 yanvar 2019 01:21
3
p.s
Offline
vipbetul
Gelin evin xanimidi
5 yanvar 2019 20:50
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
AYCA
Mən nəsə bu deyimlə razılaşmıram gəlin süpürgə deyil o deyimdə boş bir deyimdi deyir gəlini gəlin eliyən düşdüyü yer insanlar gəlin eliyir azdımıki qaynənələr gəlinlərlə bəhs eliyirlər elə gəlin qaynənə görürüy ki vallah eləbil bacıdılar qaynənədə gəlində məncə öz yerini bilmədilər çünki gəlində bir evin qızdı qaynənədə ana qədər olmasa yoldaşlnl dünyaya gətirən insandı hər ikisi nəqədər dalaşsalar belə bir birlərinə hprmət etməyi bacarmalıdılar
5 yanvar 2019 20:08
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri