Qaynana gözündə kürəkən və gəlin fərqi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 907
Səs ver:
(səs: 0)
Kürəkənə: Alacaqsan əlbəttə, mənim qızım hər şeyin ən yaxşısına layiqdir.
Gəlinə: Səbredəcəksən təbii ki, oğlum pulu asan qazanmırki?

Kürəkənə: Tərbiyəsizlik etmə, o nə sözdü danışırsan?
Gəlinə: Oğlum elə dedisə demək bir səbəbi var.

Kürəkənə: Mənim qızım hər şeyin yaxşısını bilir.
Gəlinə: Hələ cahilsən təbii ki, öyrənəcək çox şey var.

Kürəkənə: Mənim qızım əlini isti sudan soyuq suya salmaz, zərifdir qızım.
Gəlinə: Ah ah, bizim vaxtımızda işlər bu qədər asan deyildi, paltarı əlimizdə yuyurduq, indiki gənclər çox rahatdırlar.

Kürəkənə: Bir dəfə də duzlu yemək ye, nolarki?
Gəlinə: Oğlum duzsuz yemək yeyə bilməz.

Kürəkənə: Hər səhər yemək hazırlanmaya bilər, yorğun olur qızım, anlayışlı ol bir az.
Gəlinə: Səni niyə almışıq görəsən? Səhər yeməyi yemədən ər işə göndərilməz.

Kürəkənə: Qızım axşama qədər uşaqlarla məşğuldu, səndə atasısan da axşamları da sən bax uşaqlara.
Gəlinə: Kişilər evə yorğun gəlir, bizim zamanımızda ər evə gəlmədən uşaqları yatızdırardıq ki, evdə dincələ bilsin.

Kürəkənə: Niyə gec gəlirsən? Qızım evdə tək qalsın deyə vermişəm sənə?
Gəlinə: Bəzi axşamlar çıxacaqlar təbii ki, hər axşam evdə olsa ürəyi sıxılar oğlumun.

Kürəkənə: Heç olmasa həftə sonları arvad uşağı parka, restorana apar, evdə otura otura xəstə olacaq qızım.
Gəlinə: Oğlum işləyir, həftə sonu da yorğun olur dincəlməlidir əlbəttə.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 907
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri