Gəlin mənim süpürgəmdir...

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 223
Səs ver:
(səs: 0)
Ötən ildə rəsmi orqanlar tərəfindən ölkədə 79,3 min nikah və 8,9 min boşanma qeydə alınıb. Bu da əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların sayının 0,9-dan 1-ə qədər artması deməkdir. Boşanmalara səbəb olan amillər isə iqdisadi vəziyyət, tərəflərdən hansısa birinin xəyanət etməsi, cütlüklər arasında anlaşılmazlıq, ailədaxili şiddət, ailə sirrini kənara çıxarma, qaynana-gəlin münasibətləri, ərin alkoqol və ya qumar asılılığının olması və s kimi məsələlərdir.

Bu səbəblərdən yalnız birinə, son dövrlər boşanmalarda dəb halını alan qayınana-gəlin münasibətlərinə toxunacağıq. Bu münasibətlər o qədər kritik həddə çatıb ki, bu məsələdə ailənin dağılmasına çıxış yolu kimi baxılır. Bu da güman ki, "gəlin mənim süpürgəmdir, harda qoysam, orda durmalıdır" düşüncəsində olan qayınanaların olmasından irəli gəlir.

Yazımın qəhrəmanı olan Elmira xanımı uzun illərdir tanıyıram. Təbiətcə mülayim insandır, 5 ildir ki, ailə həyatı qurub, iki övlad sahibidir. Lakin görünəni odur ki, müsahibimin ailəsi o qədər də möhkəm və uzunömürlü olmayacaq. Səbəb isə ailədə qayınana-gəlin münasibətlərinin kritikləşməsidir.

"5 ildi ailə həyatı qurmuşam. Qayınanam mənə gün verib-işıq vermir. 2 övladımın xatirinə dözürəm. Həyat yoldaşım səhər evdən çıxır, axşam gəlir, baş verənlərdən xəbəri olmur. Gələndə də qayınanamın məndən şikayəti şikayət dalınca gəlir. Nə edim, necə edim, qayınanama xoş olsun, bilmirəm", - deyir həmsöhbətim. Onun fikrincə, əksər ailələrin dağılmasına səbəb qayınanalardır. Elmira xanım hesab edir ki, analar oğullarını qısqandığından belə hallar olur: "Qayınanam sanki oğlunu mənə qısqanır. Bu qısqanclıq da bizim ailəmizin dağılmasına səbəb ola bilər. Çox çıxılmaz vəziyyətdəyəm. Boşanım, iki övladımla ata evinə dönüm, yoxsa qayınanamın hər gün anadan əmdiyim südü burnumdan gətirməsinə dözüm?"

Bu gün belə ailələr çoxdur. Qayınanasından gileylənən gəlinlər olduğu kimi, gəlinindən narazılıq edən qayınanalar da az deyil. Maraqlıdır, bu gün qayınana-gəlin münasibətlərini az qala düşmənçilik həddinə çatdıran nədir? Regional Psixologiya Mərkəzinin psixoloqu Lalə Həmidova hesab edir ki, qayınana-gəlin münasibətlərini ilk növbədə ayrı-ayrı ailələrin münasibəti kimi baxılmalıdır. Onun sözlərinə görə, gəlin tam fərqli mühitdə tərbiyə alır, ərə getdiyi evdə isə mühit tamam fərqli ola bilər. Psixoloq son illər bu problemlərlə bağlı mərkəzə də kifayət qədər müraciətlərin olduğunu qeyd etdi: "Hər bir ailə bir dövlətdir və bu dövlətin özünün qanunları var. Gəlin, hansısa ailəyə gəlin gəlirsə, deməli o, bir ölkədən digərinə köçür. Hansıki, oranın qanun-qaydalarını bilmir. Çünki o evdə qayınananın qanunları keçir. Əlbəttə ki, gəlin öz istəklərini həyata keçirə bilmədiyi halda əsəbi gərginlik keçirir".

L.Həmidovaya görə, burada əsas bir faktor var ki, qızlar ata evindən başlayaraq ailə qurmağa hazırlaşdırılmalıdırlar: "Ana öz qızına digər ailədə rəftar formasını öyrətməlidir. Ərköyün və həmişə istəkləri valideynləri tərəfindən sözsüz həyata keçirilən qızlarda qayınana problemi daha çox olur. Qayınanalara gəlincə isə onu qeyd edim ki, ana oğluna qızından daha çox meylli olduğundan oğulu ailə qurduqdan sonra ana qısqanclığı kimi maraqlı bir fakt ortaya çıxır. Oğluna digər bir xanımın qulluq etməsi anada qısqanclıq hissi yaradır. Aqressivliyi yüksək olan, coşqun tip analarda isə tez reaksiya vermək kimi hallar özünü göstərir".

Amma müsahibim deyir ki, ana qısqanclığı heç də bütün analara aid edilmir. Yəni heç də bütün analar oğullarını gəlinlərinə qısqanmır. Belə ailələrdə isə qayınana-gəlin intriqalarına az rast gəlinər: "Münasibətlər qarşılıqlı anlaşma şəklində qurulmalıdır. Bir məsələni də deyim ki, əgər qız oğlanın valideynlərinin razılığı olmadan alınıbsa, bu halda gəlin-qayınana arasında intriqalar digər hallara nisbətən daha çox olur. Çox hallarda gəlinin kiçik bir səhvi şişirdilir, çünki qayınana bununla hər zaman haqlı olduğunu demək istəyir. "Mən sənə demişdim axı, bu qızı alma, gördün, filan işi düz etmədi" kimi sözlər artıq qayınana-gəlin münasibətlərinin heç də xoş olmamasından xəbər verir".

L.Həmidovanın sözlərinə görə, bu münasibətlərin yaşanmaması üçün oğlan ailəyə xanım seçəndə öz ailəsinə uyğun olan, ailəsinin qanunlarına riayət edə biləcək birini seçməlidir: "Əgər belə olarsa, qayınana-gəlin münasibətləri də azalar".

"Ekspress" qəzeti

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 223
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Ays
Sitat: diablo
Bu gəlin qaynana münasibətləri aktual məsələdiee.

Sitat: beasloove
Heç vaxt kiməsə görə dözmerem . Eger men bunlar bezmişemse boşanacağam. Bu mənim həyatımdı5 günlük dünyadı. Onuda bu itler üzündən korlaya bilmerem heyatımı. Hamısının canı cehemneme .
3 sentyabr 2019 21:53
6
Online
diablo
Bu gəlin qaynana münasibətləri aktual məsələdiee.
1 sentyabr 2019 19:36
5
......
Offline
KRALİCEM
Duzdu qaynanalarda varsa gelinlerdede az deyil bezilerinde hamiya ayid ede bilmerem.....
1 sentyabr 2019 11:42
4
sukur verdiklerine
Offline
beasloove
Heç vaxt kiməsə görə dözmerem . Eger men bunlar bezmişemse boşanacağam. Bu mənim həyatımdı5 günlük dünyadı. Onuda bu itler üzündən korlaya bilmerem heyatımı. Hamısının canı cehemneme .
1 sentyabr 2019 00:27
3
Offline
Marsell
[quote=İlaha]Bizim ailələrdə uşaqlar böyüyüb öz qərarlarını özü verəcək yaşa çatsa da valideynləri onların həyatına müdaxilə etməkdən əl çəkmək istəmir. Yaşlılar başa düşmür ki onların yaşadığı dövrlə indiki dövrdə mövcud olan şərtlər eyni deyil. Ona görə də problemlər yaranır. Ailələr övladlarını evlənəcək yaşa çatdırıb evləndirdikdən sonra artıq müstəqil buraxmalıdırlar. Başa düşməlidirlər ki onlar artıq başqa bir ailədi və həmin ailənin də öz qanunları var. 2 gənc bir biri ilə eyni düşüncədə olub həyatlarına birgə davam etmək istəyir, kənardan bura müdaxilə olunanda artıq həmin həyat dağılır. Eləcə də qaynana ilə yola gedən gəlinlə oğulun düşüncələri üst-üstə düşməyəndə oğul artıq həmin evə gəlmək istəmir və evdəki yoldaşına xəyanət edir. Beləliklə ailələr dağılır.[/
Eynen bacı eynen üreyimnen keçeni dedin lap
31 avqust 2019 23:51
2
Offline
İlaha
Bizim ailələrdə uşaqlar böyüyüb öz qərarlarını özü verəcək yaşa çatsa da valideynləri onların həyatına müdaxilə etməkdən əl çəkmək istəmir. Yaşlılar başa düşmür ki onların yaşadığı dövrlə indiki dövrdə mövcud olan şərtlər eyni deyil. Ona görə də problemlər yaranır. Ailələr övladlarını evlənəcək yaşa çatdırıb evləndirdikdən sonra artıq müstəqil buraxmalıdırlar. Başa düşməlidirlər ki onlar artıq başqa bir ailədi və həmin ailənin də öz qanunları var. 2 gənc bir biri ilə eyni düşüncədə olub həyatlarına birgə davam etmək istəyir, kənardan bura müdaxilə olunanda artıq həmin həyat dağılır. Eləcə də qaynana ilə yola gedən gəlinlə oğulun düşüncələri üst-üstə düşməyəndə oğul artıq həmin evə gəlmək istəmir və evdəki yoldaşına xəyanət edir. Beləliklə ailələr dağılır.
31 avqust 2019 19:24
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri