Gəlin - qayınana problemlərinin səbəbi?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 794
Səs ver:
(səs: 6)
Eyni insanın gözündə əhəmiyyətli olmaq istəyi qayınanalar və gəlinlər arasında bitməz -  tükənməz çəkişmələr yaşanmasına yol açmışdır. Qısqanclıq və çəkə bilməməzlik zaman  - zaman iki qadının bir-birlərini üzmək adına inanılmaz pisliklər etdikləri müşahidə edilmişdir.
Qayınana ərindən görmədiyi sevgini oğlundan istəyir.
Qayınanalar üzündən uyğun cütlərdə belə mübahisə edə bilir.
Şiddəti saxlayan ailələrdə kişinin qadını döyməsinin ardında çox vaxt kişinin anası olur.
Qayınana acı çəkmişsə, böyük zərbələr yaşamışsa, gəlinin də acı çəkməsini istəyir. 
Kişi əgər ananın həyat zəmanətidirsə bu rəqabət daha da mərhəmətsiz hala çevrilə bilir. Kənar yandan qayınana oğulunun sevgisini və şəfqətini paylaşmaq istəmir. 
Problem yaradan qayınana düşüncələri: "Bu uşağı mən doğurdum, Onun mənə həmişə ehtiyacı var. Onu qorumalıyam. Oğulumun məni unutmaması üçün yanında olmalıyam. İdarə məndə. Oğulumun evi mənim evim."
Problem yaradan gəlin düşüncələri: "Qaynanam hər mövzuda həyatımıza qarışır. Davamlı nə etməm lazım olduğunu söyləyir. Oğluna xidmətçi tutmuş kimi davranır. Sanki mənim tək işim oğulunu xoşbəxt etmək. Davamlı dedi-qodumu edir. Hər fürsətdə oğluna mənim haqqımda pis sözlər söyləyib şikayət edir, bizi dalaşdırır. Oğlundan məni ayırmaq üçün əlindən gələni ardına qoymur. Hər fürsətdə mənim səhvlərimi ortaya çıxarmaq üçün məşğul olur. Mənə qarşı uşaqlarıma olmadıq şeylər izah edir. Əşyalarımı qarışdırmasından nifrət edirəm. "
Qayınana - gəlin problemləminin həlli bəlkə də anlayışlı olmağı, ön fikirlərimizdən xilas olmağı, münasibət qura bilməyi və ən vacibi güc döyüşünə girməməyi bacara bilməkdə yatır.

/Mənbə: Qadınlar.biz/
(səs: 6)
Şərhlər: 1
Baxılıb: 3 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri