Həyat yoldaşının valideynləri ilə bir damın altında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 779
Səs ver:
(səs: 2)

Uzun müddətli həsrətdən sonra sevdiyin şəxsə qovuşub onunla yaşamalı olursan. Bəzi qadınlar evlilik həyatlarını evdə tək həyat yoldaşı ilə deyil, bir damın altında həm də onun valideynləri ilə bölüşməli olurlar.

Bəs bu zaman qaynana və qaynata ilə yarana biləcək münaqişələrdən necə qaçmaq olar?

Elə xanımlar var ki, evi hissələrə ayırıb həyat yoldaşlarının valideynləri ilə sərhəd yaradaraq onlardan uzaq olmağa çalışır. Digər xanımlar isə çox şeyə göz yumaraq özünü sözə qulaq asan və ona tapşırılan bütün işlərin öhdəsindən gəlməyə çalışan bir gəlin kimi göstərirlər. Amma bunlara baxmayaraq ailə daxili münaqişələrdən qaçmaq üçün qayda yoxdur. Subaylıqda sərbəst həyat sürən xanımlar qaynanalarının onların işinə qarışmasına dəhşətli bir iş kimi baxırlar.

Xüsusən də qaynanaları onların geyiminə qarışanda, soyuq havada təkid edərək məcburi papaq və şərf geyindirəndə. Gəlinlər qaynanalarından əsla asılı olmağı sevmirlər. Qaynanaların hər işə qarışması nəticəsində gəlinləri bütün əşyalarını onunkulardan bir-bir ayırır. Ən sonda isə öz otağının açarını da dəyişdirir. Nəticədə isə ev kommunal evi xatırladır. Bu da münaqişələr üçün əməlli başlı səbəb yaradır. Belə olduğu halda isə qaynana və qaynata bu münaqişələrə görə oğullarını günahlandırır.

Evlilikdən sonra onun xasiyyətində dəyişikliklər baş verdiyini bildirirlər, oğullarının onlardan uzaqlaşdığını zənn edirlər. Bu münaqişəni dayandıra bilməyən hər iki tərəf hər şeyi zamanın öhtəsinə buraxırlar. Amma münaqişənin nə vaxt bitəcəyi müddəti haqqında heç bir tərəfin xəbəri olmur. Bu müddət ərzində isə valideynlər dayanmadan öz oğlunu və gəlnini günahlandırır və onları eqoist adlandırırlar. Bütün kommunal xidmətlərin ödənilməsinin onların borcu olduğunu bildirirlər. Onlar təkid edirlər ki, bütün ev işlərini gəlin etsin. Həyat yoldaşının valideynlərinə qayğı və diqqət göstərsin.

Oğullarının bazarlıq zamanı nə isə unudub almaması üçün böyük söz-söhbət yaradırlar. Təzə evlilik ərəfəsində cütlüklər özlərini bəzən valideynlərindən asılı olduqlarını zənn edirlər. Hətta qazanclarının çox hissəsini onlara verməkdən belə çəkinmirlər.

Zaman keçdikcə onlar bir çox ailədaxili məsuliyyətlərdən özlərini azad edirlər. Valideynlər isə öz növbəsində onların məsuliyyətindən qaçdığını görüb bu vəziyyəti nizamlamağa çalışırlar. Təzə cütlüklər münaqişələrdən qaçmaq üçün əksər vaxtlarda valideynlərin dedikləri ilə razılaşırlar. Sonra isə vəziyyət dəyişir. Xanımlar özlərini evin gəlini kimi yox, həyat yoldaşının valideynlərinin bütün işlərinə yardım edən köməkçi kimi hiss edirlər. Işlərinin bütün öhtəliklərini öz üzərinə götürən xanımlar çox çətin ki bu yükdən xilas ola bilərlər.

Həyat yoldaşının valideynləri ilə yaranan pis münasibət ərlə arvad əlaqələrinə də mənfi təsirini göstərir. Tez-tez onlar arasında münaqişələr baş verir. Çünki ər üçün valideynləri əziz, xanım üçün ərinin valideynləri sadəcə yeni qazanılmış doğma olmayan qohumlardır. Valideynlər maraqlarını qorumaq üçün oğullarından istifadə edirlər.

Bu da ailədə münaqişələrin yaranmasına səbəb olur. Gən ailədə dünyaya gəlmiş körpə münasibətlərin yoluna düşməsində az da olsa rol oynayırlar. Buna baxmayaraq əgər ailədə söz-söhbət yaranırsa yeni ailəquranlarla valideynlər yaranmış vəziyyətə aydınlıq gətirməli və bir-birilərini başa düşməlidirlər. Gəlinlər həyat yoldaşının valideynlərini özlərinkindən, valideynlər isə gəlinlərini öz övladları bilməlidirlər.

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 779
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri