Qarşılıqlı səbr və anlaşma

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 134
Səs ver:
(səs: 2)
Ailə həyatının qurulması əlbətdəki həyatınızda böyük dəyişikliklərə aparan böyük vasitədir. Ən birincisi sosial statusunuz dəyişir. Böyük ehtimal yaşayış yeriniz də həmçinin dətişir dəyişir, yoldaşınızın yanına köçürsünüz. Sonrakı həyatı qurmaqda yeni qohumların fikirlərini nəzərə almaq lazım olur, birinci növbədə isə qaynananın. Bəzən gəlin ilə qaynana arasında münasibətlər yaxşı olanda bunu qeyri adi hal kimi də qiymətləndirirlər. Gəlin qaynana münasibətləri tez-tez düyünə düşür. Bəs bu daimi mübahisələrin səbəbi nədir? Əlbətdə "Kimdir günahkar" sualını vermək yersizdi. Hər iki tərəf günahkar olur.

Anlaşılmazlığın səbəbi adi qısqanclıq ola bilər. Oğlunun vaxtının çox hissəsini sizə ayırması, sizinlə birgə keçirməsi qaynanaya pis təsir edə bilər. Oğlunun sevgisi, onun yanında olması üçün darıxa bilər.Həll yolu: tez-tez necə gözəl oğul tərbiyə etdiyini deyin; onunla ünsiyyətdə olun, ev problemlərinin həllini müzakirə edin, məsləhətləşin. Bu halda həyat yoldaşınızın anası özünü unudulmuş, ikinci plana salınmış hiss etməyəcək.

Digər bir səbəb qaynananın oğlunun qayğısına həddindən artıq çox qalması. Bu gəlin tərəfindən onların ailə həyatına qatışmaq kimi qiymətləndirilə bilər.Mümkün həll yolu: həyat yoldaşınızın vərdişləri ilə tanış olun, çalışın qaynanadan həyat yoldaşınızın sevimli yeməklərini bişirməyi öyrənin.Əgər yoldaşınızla qaynana evində qalırsınızsa burada problemlər çox ola bilər. 

Ən çox rastlanan problem evdə iş bölgüsünün aparılmasıdır. Mümkün həll yolu: çalışın qaynana ilə işləri bölüşdürməyə çalışın. Çoxlu xırda işdənsə hər hansı vacib- paltar yumaq, ev yığışdırmaq kimi işləri- öz üzərinizə götürün. Qaynanadan onların evlərində olan bəzi qaydaları öyrənməklə çoxlu əlavə məsləhət və başağrılarından azad ola bilərsiniz.

Qaynana və gəlin münasibətlərində bir neçə qaydaya əməl etmək lazımdı:
Səbr, səbr bir daha səbr. Siz iki fərqli insansız, amma sizi birləşdirən nöqtələr, məqamlar var. Sizin həyat yoldaşınız(oğlunuz) və sizin uşaqlarınız(nəvələriniz). Onlara olan sevgiyə dayanan gözəl münasibətlər qurmaq olar.
Bir birinin həyatında süni olmayan iştirak. Ağıllı və təcrübəli qaynana həqiqətən gəlinə çox şey öyrədə bilər. Gəlin gərək qaynanadan qaçmasın. Onun istəklərini, maraqlarını öyrənməyə çalışmalı, bir yerdə mağazalara və ya sərgilərə getməli. Nə qədər bir birinizə yaxın olsanız o qədər münasibətləriniz isti olacaq.
Aranızda olan problemləri yoldaşınızın nəzərinə çarpdırmağa çalışmayın. Onun qərarı sizin yönünüzdə olmaya bilər və bu situasiyaya konflik qata bilər. Çalışın problemi öz aranızda həll edin. Bəzən bunun üçün sadəcə qarşı tərəfi dinləmək kifayət edir. Belə ki, konfliktlərin çox hissəsi tərəflərin bir-birini dinləmədən qərar verməsi ucbatından baş verir.
Hərəkətlərinizə fikir verin, yumşaq və nəzakətli olun. Sərbəstlik və düzgünlük arasında tarazlığı daima saxlayın. Olduğunuzdan daha yaxşı görsənməyə çalışmayın. Bu darıxdırıcı və mənasız məşğuliyyətdi.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 134
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri