Qaynana bir məktəbdir

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1361
Paylaş:
Səs ver:
(səs: 0)
Son onilliklərdə qayınana mövzusu ədəbiyyatımızın gülüş obyektlərindən birinə çevrilib. Çox üzücü mənzərədir. Qayınana ana deyil, amma ana əvəzidir. Yəni sən birisi ilə öz ömür yolunu birləşdirirsənsə, qarşı tərəfin anasını da elə özününkü qədər yaxın, səmimi qəbul etməlisən.

İndiki gəlinlərin ən böyük problemi müstəqillik məsələsidir. Ər evinin qapısından girməmiş hər şeyini ayırıb başqa qapıdan girmək istəyir. Hamısı da eyni səbəbi dilə gətirir: "ürəyim istədiyi kimi yaşamaq istəyirəm". Amma əksəriyyətinin də aqibəti ürəkaçan olmur. Qayınana gəlinin getdiyi ocağın "konstitusiyası", qanunudur. Oğul böyütmək asan iş deyil ki. Qapısında gəlin buyurmaq qayınananın haqqıdır. Bunu da anlayışla qarşılamaq lazımdır, amma birgə yaşayış qayınanadan daha çox gəlinin istəyi olmalıdır. Zarafat deyil, onun həyatı dəyişib: dünənki qız bugünkü gəlin, sabahkı ana namizədidir; dünən bir ünvanda qeydiyyatda idi, indi isə başqa bir ailənin üzvüdür. Ev də dəyişib, evin içindəki insanlar da, yeməklərin çeşidi də, münasibətlər də. Nə qədər səmimi olur-olsun, gəlin üçün qayınana ana, qayınata da ata deyil. Gəlin qapısından girdiyi ocağın qayda-qanununu götürməli, havasına, suyuna alışmalıdır. Yoxsa qapıdan girən kimi "heçimi-köçümü ayırın" şüarı ilə müstəqillik müharibəsinə başlayarsa, uduzan özü olacaq. Gəlin qayınananın dizinin dibində bişməli, ondan görüb-götürməli, bilmədiyini soruşub öyrənməlidir. Təcrübə göstərir ki, evliliyinin ilk illərini qayınana-qayınata yanında keçirən gəlinlər ailəcanlı olur, problemlərin həllində çətinlik çəkmirlər.

Qayınana haqqında uydurulan bütün eybəcər lətifələr, nalayiq hekayələr insanda ikrah hissi doğurur. Gəlin bir oğulun sevgisi olduğu qədər də bir ananın gözünün işığıdır. Xüsusilə də bizim kimi istiqanlı millətlərdə bəzi analar oğul doğulan yaşdan onun gələcək nişanlısı üçün tədarük görməyə başlayır. Nəsil-nəsil miras qalmış boyunbağını, üzüyü evindən gəlin köçən qızına deyil, evinə köçən gəlininə əmanət edir.

Qayınana gəlinlər üçün böyük nemətdir. Qayınananın xeyir-duası ilə hər gününü səhər edən gəlinlərin qayınanalığı da xeyirli olar, inşAllah!

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1361
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv