Qaynanalar haqqında maraqlı fikirlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 10 266
Səs ver:
(səs: 3)
- İlahi, məni qaynanamdan qoru, arvadımla özüm bacararam, əslində heç onunla da bacarmıram.

- Bu dünyada hər şey nisbidir,sənin anan da başqa birisinin qaynanası ola bilər.

- Evləndikdən sonra, sənin mənzilin teatr səhnəsinə çevriləcəkdir: qaynanan həm rejissor, həm müəllif, həm də suflyor qismində fəaliyyət göstərəcəkdir. Biletin qiymətini isə sən ödəyəcəksən.

- Ən yaxşı qayınana bəyin toy günündə ölən qaynanadır.

- Lap öz qaynananla evlənsən də onun da anası tapılacaqdır.

- Qaynanalarla pişiklər arasında bir fərq var: pişiklərin cəmi 7 ruhu vardır.

- Qaynana da dövlət qulluqçusu kimidir: hər cür problemin həllini tez tapır.

- Qadının iki tərəfi də kəsən iti bir silahi vardır: kəbinkəsən və qaynana!

 -Əgər arvad evin açarıdırsa,qaynana onun qıfılıdır.

- Balığın və qaynananın qoxusu üç gündən sonra ətrafa yayılır.

- Qaynana ilə cəllad arasında nə isə bir oxşarlıq var. Milyonlarla adam bir cəlladi görmür, halbuki hər evdə qaynana olur.

- Cəhənnəmdə qaynanamı yanımda görmək mənə necə də ləzzət verərdi.

- Üç canlı məxluqat vardır: insanlar, heyvanlar və qaynanalar.

- Deyirsən ki, on ildir evlisən, amma qaynanandan bir söz də eşitməmisən. Bəxtəvər!

- İt qapır, at təpikləyir. Qaynana isə  ilan kimi sancır.

- Mətbuatın vəzifəsi problem yaratmaqdır. Elə sənin qaynanan da bununla məşguldur.

- Evlilik həyatının da salat kimi dörd şeyə - israfçılıqla, tökülmüş bitki yağına, xəsisliklə damcılandırılmış sirkəyə, qənaətçiliklə səpilmiş duza və bunların hamısını qarışdıran qaynanaya ehtiyacı vardır.

- Arvad özü bir şəxsiyyətdir, qaynananın isə heç bir şəxsiyyəti olmur.

- Mənimlə arvadım arasında çox sadə bir münaqişə davam edir: o öz anasını mənim anam etmək istəyir.

- Sənin sevgilin boşqabda bir almadır, arvadın badədəki şərabdır, qaynanan isə kəskin baş ağrısıdır.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 10 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri