Psixoloqun qaynanalar haqqında düşüncələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4 089
Səs ver:
(səs: 1)
Qlobal problemlərdən biri olan gəlin və qaynana ilə olan münasibət. Çox ailələrd də artıq valideynlər qızlarını qaynanalı evə gəlin vermirlər, onların əsas şərtlərindən biri də, odur ki, qızlarını alan şəxsin evi və gündəlik işi olsun və ailəni idarə edən bir ailə başçısı olsun.
İndi hər bir problemi zamanla bağlayırlar. Danışanda hamı deyir ki, bizim vaxrımızda belə idi, bizim vaxtımızda elə idi, problem yox idi. Bəlkə də ona görə ki, sizin qarşınızdakı böyüklər, sözün əsl mənasında böyük olublar. Yəni bu qədərmi çətindir anlamaq və dərk etmək o məqamı ki, zaman dəyişdikcə ənənələr, kəsərlər də dəyişir. Bəlkə o dövrdə kiməsə xoş olardı ki, evində qaynanası olsun, işlərinə kömək etsin. Ancaq bu günki gündə özünü təmin edən normal ailədə qızın özü bütün işlərin öhdəsindən gəlir. İnsan evdə istədiyi kimi oturub-durmaq, istədiyi yeməyi bişirmək, istədiyi verlişə baxmaq istəyir. Lakin evdə özünü daha müdrik, daha ağıllı, daha zəngin dünyagörüşlü hesab edən bir qaynananın olması nəticəsində bu mümkün olmur. Bəzən valideyinlər deyirlər ki, qızım, oğlum sənin üçün eləyirəm. Ancaq psixoanaliz nəticəsində məlum olur ki, əslində o addımların heç biri övlad üçün atılmayıb. Elə valideynlər özlərini aldadırlar, hərəkətlərinə don geydirirlər ki, övlad üçün edir, amma qəlbinin dərinliyində özü dayanır. Ateizm tərbiyəsi almış insanlarda sabahkı günə bir ümidsizlik var. Onlarda sabaha, gələcək talelərinə inam və gümanları yoxdur. Onlar elə hesab edirlər ki, övladı süni surətdə özündən asılı böyütməsən, sabahkı gün o, səni atacaq. Bu səbəbləri cəmlədikdə problemin kökündə eqoizmin, eqoizmin kökündə isə bu insanların sabahdan qorxusunun durduğunu görürük. Valideynlər bilməlidirlər ki, Övladlarını özlərindən asılı etməklə, onların şəxsiyyət kimi yetişməsinə mane olurlar. Çalışın ki, onlara sərbəstliyi öyrədəsiniz.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 4 089
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri