Bitməyən savaş

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 460
Səs ver:
(səs: 0)
"Nə bəxtsiz qadınam mən: Qaynanaların pis zamanında gəlin oldum. Gəlinlərin pis zamanında qaynana oldum" (Keçmişin gəlini, indinin qaynanası)

Dünya, yaranandan bəri hər çür savaş görüb. Savaşlar, uduzanlar, udanlar, məğlubiyyəti qəbul edənlər... Necə olur-olsun nəticədə hamısı bitib.

Həmişə davam edən bir savaş var ki; o da dünyanın sonuna qədər davam edəcək bir savaşa bənzəyir. Hansı tərəfi dinləsəniz ona haqq verəcəyiniz, içindən heç vaxt çıxa bilməyəcəyiniz bir düyündür bu.

Oğlan anası övladını böyüdür, oxudur. Daha sonra həsrətlə gəlin axtarışına başlayır. Qohuma-qonşuya, dosta-tanışa səs salır. Münasib bir gəlin axtarır: "Əli, üzü düz olsun. Oğuluma yaraşsın. Gülərüzlü olsun. İşləyən olsun, mümkündürsə, müəllim olub yarım gün işləsin." kimi istəklərlə aylar, hətta illərlə davam edən axtarışlar nəticəsində oğlana bir qız tapılır.

Artıq istəmə mərhələsində başdan aşağı süzmələr, eynək üstündən baxmalar hər sözdən bir məna çıxarmalar başlayır. Nişan, toy, alış-veriş müddətində ilk incikliklər yaşanır artıq. Qız tərəfi "az aldılar, qızımıza çox xərc etmədilər", oğlan tərəfi "çox istədilər, belimizi bükdülər"-deyə şikayətlənirlər.

Gəlin evə gələndən, oğlan anasının da qaynanalığı başlayır artıq. Birlikdə yaşayanların davaları daha böyük olur. Atışmalar, incikliklər, gəlinin ərinə, ananın oğuluna şikayətləri bitmək bilmir. Onsuz da olan çox vaxt oğula olur.

Qaynana: "Oğulumu mən böyütdüm"- deyib sahiblənir. Gəlin: "Ərimdir, uşağımın atasıdır"- deyib sahiblənir. Oğlan həmişə bölüşülə bilməyən tərəf olur. Qız övladı nə etsə gözə batmaz, amma gəlinin etdikləri kol tikanı kimi batar. Gəlin də anasının dediyinə, etdiyinə inciməz, amma qaynanası nə desə inciyər, küsər.

Bu qaynanalar da bir az iynələyici danışırlar da.

Növbənöv qaynana tipləri vardır. Bəzisi oğlunu gəlininə qısqanıar, gəlini özünə rəqib kimi görür. Bəzisi çoxbilmişdir, dünyanın onun ətrafında fırlandığını düşünür. Ancaq və ancaq öz dediyinin olmasını istəyir. Bəzisi çox təkəbbürlüdür. Bəzisi heç vaxt bağışlamır. Bəzisinin üzü heç gülmür. Bəzisi hər gördüyü qonum -qonşuya, dosta tanışa gəlini şikayət etməyi bir bacarıq sayır.

Gəlinini qızı yerinə qoyub, xırda səhvləri görməzlikdən gələn, üzərini örtən, gəlinini qızı qədər sevə bilməsə də, ədalətli davranmağı bilən qaynanaların yeri Cənnətlikdir yəqin ki.

Qayın arvadları ayrı dərd, baldızlar ayrı dərd. Əslində əsas problem gəlinin yeni bir ailəyə, ailənin də yeni bir fərdə adaptasiya ola bilməməsindən qaynaqlanır. Fərqli mədəniyyətlər, fərqli həyat formaları, vərdişlər anlaşılmazlıqların təməlini meydana gətirir. Mütəxəssislər, psixoloqlar nə tövsiyə edərsə etsin,hər iki tərəf də özünü haqlı görməyə davam edəcək. Məncə, çox evdə bu savaş bitməyəcək…
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri