Gəlin və qayınana əlaqələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 123
Səs ver:
(səs: 3)
Gəlin - qaynana əlaqələrinin problemsiz keçməsi üçün qadının ərinin və qaynananın üzərinə düşən bir sıra məsuliyyətlər vardır. İşin gəlin tərəfinə baxan qismini ələ aldığımızda bir övladın öz anasına göstərməsi lazım olan hörmət və ehtiramla məsələnin həll edilməsi lazım olduğunu düşünürük. Nəzəriyyədə son dərəcə sadə olan bu həllin praktik həyatda çox da həyata keçirilmədiyini söyləyə bilərik.
Acı olan tərəf isə dini həssaslığı olan xanımların belə bu mövzuda kifayət qədər həssaslığı göstərməyərək problemləri qadınlığa aid reflekslərlə daha da çıxılmaz hala gətirmələridir.
Halbuki onlara göstəriləcək hörmət yaşlılıqlarından qaynaqlanan səhvlərinə göz yumma və səbir göstərmə axirətlərinin xilas olması üçün nə böyük bir xəzinədir. Bu xəzinəyə qeydsiz qalmaq aldanmışlığın da özüdür.
Həyatının qırx əlli ilini müəyyən bir tərzdə yaşayan qaynanamızın səhv olduğunu düşündüyümüz vərdiş və davranışlarını bir anda dəyişdirməsini gözləmək problemlərin həllinə çox da həll etməz.
Bu vəziyyət göz qarşısında saxlanıldığında fədakarlığın və səbrin gəlin tərəfinə baxan hissəsi daha çoxdur. Bu fədakarlığı və səbri göstərə bilmənin yolu da onlara bir rəqib gözüylə baxmaqdan deyil öz ana nəzəri ilə baxmaqdan keçir. Bəli, işin püf nöqtəsi də tam burasıdır.
Qaynanalarının könülünü xoş tutan və duasını alan gəlin xanımlar həm Rəbbimizin əngin lütflərinə məzhər olacaqlar həm də həyat yoldaşları nəzərində dəyərlərinə dəyər qatacaqlardır. Bunun da ailə səadətinə müsbət təsir edəcəyindən kimsənin şübhəsi olmasın.

Ana Və Qaynana Gözüylə
Yaşını başını almış iki dost xanım yolda qarşılaşmışlar. Hal xatir soruşmuşlar. Sıra uşaqlarına gəlmiş. "Sənin oğlan necə, evləndimi?" deyə soruşmuş biri, "Evləndi" demiş o biri, "evləndi amma ah, soruşma, elə bir gəlin çıxdı ki, fəlakət!..
Səhərdən axşama işliyir, evdə yemək bişmir, yorğun olduğu zaman oğuluma yemək pişirttirir. Bəzən səhər naharını belə oğulum hazırlayır. Nə tikiş var, nə ütü. Bir qadın tapmış, bütün işi ona elətdirir. Evdə şahzadələr kimi oturur, oğulum üçün xüsusi heç bir şey etmir, çox təəssüf edirəm, çox…"
"Vah vah" demiş yoldaşı, "yaxşı qızın necə, o da evləndimi?"… "O da evləndi" demiş yoldaşı, "amma o çox xoşbəxt, elə yaxşı bir kürəkənim var ki, qızımın əlini isti sudan soyuq suya soxdurmur. Qızım çalışdığı üçün çox yorulur, çoxu axşam, yeməkləri birlikdə bişirirlər, hətta bəzən kürəkənim hazırlayır. İnanarsanmı elə yaxşı bir uşaq ki tətil günlərində naharını qızımın yatağına aparır. Bir qadın tapmışlar, evin bütün işlərini o edir, qızım evdə heç yorulmur, şahzadələr kimi oturur, əri də ondan iş gözləmir, çox məmnunam, çox…

P.S Sizin qaynananızla münasibətiniz necədir? Və ya gələcəkdə necə olacağını düşünürsüz?
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri