Gəlinin qaynanaya münasibəti necə olmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 668
Səs ver:
(səs: 0)
Ailə içərisində gəlinin qaynanaya münasibəti bir doğma ana münasibəti olmalı, ailə içərisində qaynana ilə münasibətləri zamanı çox həssas və diqqətli olmalıdır. Gəlin çalışmalıdır ki, etdiyi hər bir hərəkəti içdən və səmimiliklə etsin, qaynanasına "ana" deyirsə, bunu qəlbən, istəyərək desin. Münasibətlərdə "bəli, xeyr, can, əzizim" kimi kəlimələrdən istifadə edirsə, bu münasibətlər yaxşıya doğru gedir və daha da sıxlaşır. Gəlin qaynanaya kobud rəftar, yalan demə, sunilik göstərərsə, qaş-qabaq tökərsə, əlbəttə ki, bu münasibətlər get-gedə soyuyacaq və münasibətlərin pozulmasına gətirib çıxara bilər. Gəlin ailədə baş vermiş hər hansı mənfi bir şeyi şişirdib, panik vəziyyətinə gətirməməlidir. Gəlin qaynanaya sözünü deyərkən, danışarkən, hər hansı bir informasiyanı vermək istəyərkən, telefonla danışarkən və s. hallarda çalışmalıdır ki, bir qədər diqqətli olsun. Çünki, qaynanasıyla xoş münasibət saxlamaq üçün gəlin istər-istəməz hərəkətinə, davranışına, düşüncəsinə, söylədiyi hər bir şeyə diqqət etsə yaxşı olar.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 668
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri