Gəlin-qaynana qarşıdurmasının həlli yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 016
Səs ver:
(səs: 0)
Gəlin qayınana qarşıdurması, qazananı olmayan amma itirəni hər vaxt çox olan bir qarşıdurmadır.
Gəlin qayınana əlaqələri əksəriyyətlə yaxşı başlayan, pis sonlanan əlaqələrdir. Evlənmədən əvvəl oğulunun evlənəcəyi insanı bağrına basan ana və onu öz anası kimi görən gəlinlərin arasına bir müddət sonra qara pişik girir sanki...
Bu müddət bəzən 3 ayı, bəzən isə 3 ili əhatə edər və  başlanğıcdakı "canım, qəşəngim" ayları  sona çatar...
Gəlin qayınana arasında yaşanan  çətinliyin təməlində hansının idarə edəcəyi mövzusu qarşıdurma yaradır, bu mövzuda tərəflərdən birinin sözünün keçməsinin o biri tərəfi qəzəbləndirdiyini və tərəzinin bu ikilik arasında davamlı olaraq oynadığını, iki tərəfin də qazana bilmədiyini, amma itirənin əksəriyyətlə ikisinin də  olduğunu söyləmək səhv olmazdı.
Kişi anasının yanında dayansa həyat yoldaşı ilə arası pis olur, həyat yoldaşının tərəfini müdafiə etsə anası ona nankor deyərək,  südünü halal etməməklə təhdid edir, işin daha böyüdüyü vəziyyətlərdə isə aşılması çətin səddlər yaranır...
Təbii ki, vəziyyət hər vaxt bu qədər böyük olmaya bilər, amma başlanğıcda yaxşı niyyətlə başlayan əlaqələr zamanla dəyişir və  gəlin - qayınana bir-birləri ilə razılaşa bilməz hala gəlirlər. Bəlkə də problem  bu əlaqənin başlanğıcda çox yaxşı niyyətlərlə başlayıb, olmadığı halda yaxşı niyyət göstəricilərinin şişirdilməsindən qaynaqlana bilməsidir.
Gəlinini qızı kimi gördüyünü söyləyən, bəlkə də elə görən, ya da görməyə çalışan oğul anası, gəlinin davranışlarına qəzəbləndikdə, gəlininin öz qızı kimi olmadığını gördüyündə buna sərt  reaksiyalar verir.
Eləcə də  ana desə də qayınanasının öz anası kimi ola bilməyəcəyini görən gəlinlərdə də sərt  reaksiyalar yaranır. Problem ən  əvvəl qayınanasının çox qarışdığından, evinə müdaxilə etdiyindən şikayət edən gəlinin qayınanaya qarşı etirazına səbəb olmasına gətirib çıxarır.  Vəziyyət nə olursa olsun fərqli səbəblərlə başlayan incikliklərdə tərəflər bəzən birbaşa olaraq qarşı-qarşıya gəlir, bəzən də bir-birləri ilə açıqdan döyüşmək yerinə kişi üzərindən sürən və onu ortada buraxan bir güc döyüşünə çevrilir.
Döyüşün başlamasına səbəb olmadıqları kimi bitirməyə də gücü  çatmayan kişilər isə bir müddət sonra nə edəcəklərində çaşaraq, heç bir şey etməməyi sınasalar da başları bəladan xilas olmur və nə edirlər etsinlər kimsəyə yarana bilmirlər.
Nəticə olaraq gəlin - qayınana qarşıdurması qazananı olmayan, amma itirəni hər vaxt çox olan bir qarşıdurma olur ki, bu qarşıdurmanı önləmənin ən yaxşı yolu onu heç başlatmamaqdır.
Ən başda əlaqələr bir hörmət çərçivəsində başlar, səmimiyyətin və sevgi adına edilən səhvlərin tələsinə düşülməzsə, o zaman heç bir problem olmaz.
Ancaq ən başdan əlaqələri yaxşı tutma adına gərəksiz səmimiyyət və yaxınlıqlar qurulması, bu yaxınlıqların artdığı nisbətdə çətinliklər də  gətirəcəyini və həlli çətin bir müddətin başlayacağını unutmamaq lazımdır.
Heç nəyə  baxmayaraq qarşıdurma başladısa, tərəflər məhdud bir səmimiyyətlə və qorunmuş məsafəyə dönməklə əlaqələrdəki qarşıdurmaları ortadan qaldırmağa nail ola bilərlər.
Bu mövzudakı həlli kişilərdən gözləmək ümidsiz bir gözləyişdən başqa bir işə yaramayacaq.
Heç biri işə yaramadıqda isə bir psixiatr, ya da psixoloqdan kömək almaqda fayda vardır.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri