4 qaynana tipi - Sizinki hansıdır? :)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 458
Səs ver:
(səs: 2)
Qaynana ilə münasibətlərin mürəkkəbliyinə baxmayaraq, ona hörmət eləmək və onunla dil tapmaq sənin borcundur. Axı, məs bu qadın, sənin sevdiyinə həyat verib. Üstəlik ən xırda səhv yetərlidir ki, sevdiyinizin anası şirin həyatınıza qatran damcısını əlavə eləsin. Bir çox qadınlar öz qaynanalarından yan qaçırlar və onların barəsində müxtəlif dəhşətli hekayələr danışırlar, istər-istəməz düşünürsən ki, " Yəni bütün gəlinlər belə dəhşət içərisində yaşayırlar ?" Yaşlı, böyük təcrübəyə sahib olan qaynana və onun gənc gəlini arasında bu qədər problem və anlaşılmamazlıqların hardan yarandığını və yaxşı münasibətləri qurmağın yolları ilə bu məqalədə tanış olacaqsınız.

İlk öncə, qaynananızın, hansı tipə aid olduğunu müəyyənləşdirin.

1. Rəfiqə
Əgər ərinizin anası, var gücü ilə, təvazökarcasına, sizə yardım etməyə çalışırsa, onda o, qaynana-rəfiqə tipinə məxsusdur. Çox güman ki, o, çalışır və sizinlə görüşməyə vaxtı çox azdır. Yoldaşınızla münaqişələriniz haqqda isə , bunların həyatın xırdalığı olduğunu düşünür.

2. Rəqib
Əgər sizin əriniz yeganə oğuldursa, hansınakı anası bütün həyatını, sevgisini bəxş eləyib, onda sizin elədiyiniz hər bir şey qaynananıza yanlış görünəcəkdir. Belə bir qaynana hər zaman sizi rəqib olaraq görəcək və buna görə də hər fürsətdə özünü sahibkar, və oğlunun yanında qalib kimi göstərəcəkdir.

3. Casus
Elə analar olur ki, onların ayıq gözündən qaçmaq çətin olur. O, gənclərin həyatına diqqətlə nəzarət eləyir, istənilən xırdalıqlarla maraqlanır. Adətən, hədsiz enerjisini hara sərf edəcəyini bilməyən, tənha, boşanmış qadınlar casus olurlar.

4. İşgüzar qadın
Bu tip qaynanaları olan gəlinlərin yerinə, ancaq sevinmək olar, çünki onları ancaq öz karyeraları maraqlandırır. Çətin ki, belə bir ana, heç olmasa bir dəfə sizə zəng edib, onun oğlunun köynəyini yuyub, nahar hazırladığınızı soruşsun. Siz sərbəst olacaqsınız, bu tərzdə suallarla heç kim sizə yaxınlaşmayacaq.
Bəs yaxşı münasibətlərin əsas sirri nədədir? Ərinizin anasının hansı tipə aid olmasından asılı olmayaraq,demək olar ki, sizin onunla yaxşı münasibətlərinizin sirri, həyat yoldaşınıza qarşı olan sevginizdən və hörmətinizdən asılıdır.
Bir çox gənc, təcrübəsiz qadınların sıx-sıx elədiyi səhvlərdən biri, həyat yoldaşlarına ətraflı, detallı şəkildə onun anasının nə qədər pis olduğunu anlatmalarıdır. Heç cür bunu eləmək olmaz, çünki onun necə olmasından asılı olmayaraq o, sizin sevdiyinizin anasındır, bununla ancaq barışmalısınız. Sözsüzki, sevdiyiniz işdə olduğu zaman, münasibətləri aydınlaşdırmaq olar. Hətta, bəlkə bu, sizin hər hansısa bir kompromisə gəlməyinizə kömək edəcək. Əgər, siz bütün münasibətləri ərinizin yanında aydınlaşdırmağa çalışsanız, onda siz onu çox pis bir vəziyyətdə qoyacaqsınız, çünki o, yalnız sevdiyi qadının tərəfini çəkməkdə çətinlik çəkəcək.
Gənc qızların daha bir səhvi, qaynanasına ana deməkdən imtina etmələridir. Yalnız bir – doğma ananızın olmasını israr eləməyə çalışmayın. Qaynananıza ana deməklə siz, ancaq qazanacaqsınız, çünki həm ona, həm də yoldaşınıza bu xoş olacaq.
Çox zaman, qadınların qarşılıqlı münasibətlərində problemlər mətbəxdən başlayır. Əgər bir qazandan yeyirsinizsə, onda hansı yeməyi necə hazırlamağı öyrətdiyində, qaynanıza qarşı çıxmayın. Onu diqqətlə dinləyin və sonda sizə yeni bir şey öyrətdiyi üçün təşəkkür eləyin. Birgə səylərinizin nəticəsində yaranan bu yeməyə görə, bir neçə xoş söz demənizdə yerinə düşər.
Siz, hər şeyi onun öyrətdiyi kimi etməyə məcbur deyilsiniz, lakin sözdə hər şeyi, onun dediyi kimi elədiyinizi nümayiş eləmək lazımdır. Çalışın ki,tez-tez ərinizin anasını nə ilə sevindirmək olacağını, onun əhvalını necə yüksəltmək olduğunu düşünün.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3 458
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri