Doğrudanmı gəlin qaynananın süpürgəsidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 629
Səs ver:
(səs: 1)
İllərdən bəri bəri davam edən bir "döyüş" var ki, dünyanın sonuna qədər də davam edəcək, heç bitməyəcək. Hansı tərəfi dinləsəniz, ona haqq verəcəksiniz, işindən heç baş çıxarmayacağınız bir kor düyündür bu savaş. Söhbət qaynana ilə gəlinin arasında gedən çəkişmədən gedir.
Oğlan anası övladını böyüdür, oxudur, vaxt-vədə çatanda da gəlin axtarışına çıxır. Necə deyərlər, çadrasını başına salıb qonşuya, yoldaşa, dosta, qohuma baş çəkir, qızları bir-bir oğlu üçün gözaltı edilr. əsil-nəcabətlərinə münasib bir gəlin tapaçacan, axtarışlarını davam etdirir...Ana istəyir ki, həm oğluna yara.sın, həm gülərüzlü və şirindilli olsun.
Elə ki, namizəd tapıldı, nələr başlayar; nişandı, toydu deyərkən ilk incikliklər başlar. Qız tərəfi "az aldılar, qızımıza xərc gətirmədilər", Oğlan tərəfi "çox istədilər, belimizi bükdü" deyə şikayətlənib durarlar.
..Toy olar.. anasının bəyəndiyi qəlin elə ki, ər evinə gələrdi, elə həmin dəqiqədən də həm qız, həm də oğlan anasının qaynanalığı başlayır... Birlikdə oturanların sözləri daha böyük olar. Atışmalar, incikliklər, qıcıq olmalar, gəlinin ərinə, ananın oğluna şikayətləri bitmək bilməz. Onsuz da olan çoxu oğlana olar. Yazıq oğlan, qalar ana ilə yoldaşın arasında...
Məlum bir təmsil vardır.
Çay dəsgahını bir ailəyə bənzədərək deyərlər ki;
Çaydanın altı Qaynana: Davamlı qaynar, dayanar
Üstü gəlin: qayınana Qaynadıqca gəlin dəmlənir
Çay stəkanı kürəkən: Bir gəlin doldurur, bir qayınana
Çay qaşığı baldızları: Davamlı qarışdırar
Çay qabı qayınata: tökülənləri toplar
Nəvələr şəkərdir: Çayı dadlandırar...

Oğlan həmişə paylaşılamayan tərəf olar.
Qız övlad nə etsə gözə batmaz, amma gəlinin etdikləri kol tikanı kimi batar.
Gəlin də anasının dediyinə, etdiyinə qırılmaz, amma qaynanası nə desə xətrinə dəyər.
Niyə belə olmalıdı ki..? Məgər qaynana bizim aramıza göydən gəlibmi ki?
Doğrudanmı qaynana gəlini evin süpürgəsi hesab edir? Doğrudanmı qaynana oğlunu gəlindən qısqanar, gəlini nökər kimi görər? cüzi bir səhvi də əsla bağışlamaz,üzü heç gülməz? Elə qaynalar varmı ki, qonşuya, rastına kim çıxsa ona gəlinindən şikayət etməyi bir üstünlük sayır?
Bəs "eltiler", bəs baldız? Axı ailə münasibətlərində eltilər, baldızlar da bir dərddir... gəlinin yeni ailəyə, ailənin də yeni bir fərdə uyğunlaşa bilməməsinin özü də bir dərddir. Mütəxəssislər, psixoloqlar bu münasibətlərlə bağlı nə qədər tövsiyələr edirlərsə - etsinlər, yenə hər iki tərəfdə özünü haqlı görməkdə davam edəcək. Belə də hələ çox evlərdə bu döyüş bitməyəcək ...
Elə bilməyin ki, qaynanaların hamısı haqqında belə düşünürük. Gəlinini öz qızı yerinə qoyub, kiçik səhvləri görməməzliyə qoyan, hər şeyi spz eləməyən, gəlinini öz qızı qədər sevən qaynanalar da var. Öz əziz anam kimi əllərindən öpərəm belə qaynanaların.
Əzizlərim, bəs sən qaynanan haqqında hansı fikirdəsən? Bəs həyat yoldaşın sənin ananı necə görür? Buyurun, söz sizindir...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 2 629
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri