Gəlin-qaynana çəkişməsində günahkar kimdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 151
Səs ver:
(səs: 0)
Gəlin-qayınana mövzusunda nə qədər çox danışılsa da, hər zaman diqqət mərkəzində olan mövzulardan biridir. Xatırlayarsınız, bir neçə il əvvəl qəzetdə çıxan bir xəbərdə eramızdan əvvələ aid bir həbin şəkli verilmişdi. Arxeoloji qazıntı zamanı tapılmış həbin üzərində bir qadının ərinə mismarla yazdığı məktub yazılmışdı: o, qayınanasından şikayət etmişdi. Aydındır ki, bu mövzu, əsrlərdən bəri gələn və ehtimal ki, bugünümüzdə də davam edəcək bir problemdir...

Gəlin-qayınana problemi yarananda arada qalan həmişə həyat yoldaşı - kişi olur. Kişi ya çaşıb qalır, bilmir nə etsin, ya da düşdüyü vəziyyətdən, silahlar özünə çevrilənə qədər gizlicə zövq alır. Amma işin əsli iki qadının iqtidar mübarizəsidir. Kişi yalnız bir vasitə və döyüşün sonunda əslində çox da dəyəri qalmayan döyüş qənimətidir. Dəyəri azalar, çünki problem müddətində hər iki qadın da kişinin hər hərəkətini izləyər, hansı tərəfi tutduğunu anlamağa çalışar və heç bir şərtdə kişinin uzlaşdırma səylərinin doğru addım olduğunu düşünməz. Bu səbəbdən kişi hər addımda bir az aranı düzəldə bilməyən və həmişə digər tərəfin təsirində qalan aciz bir varlıq təsiri bağəşlayır.

Ailə həyatına ən çox mənfi təsir edən problemlərin başında gəlin-qayınana arasında yaşanan problem durur. Düşündükdə bu əslində ər-arvadın təkbətək yaşamadığı bir problem olması sizə qəribə gəlmirmi?

Görəsən, əsas səbəb iqtidar döyüşüdürmü?
Bu problemin ailədə üstünlük döyüşündən irəli gəldiyini neçə qadının etiraf etdiyini bilmirik. Münasibətlərə baxsaq, hər iki qadın üçün əsl səbəb bir-birlərini bəyənməməsi, ya da bir-birlərini, əsla, bağışlaya bilməmələri də deyil. Əslində, gəlin də, qayınana da kimin daha güclü olduğunu və ər/oğulun üzərində kimin daha təsirli olduğunu ölçməyə çalışır. Kişi kimin yanında olsa, o qadın özünü digərindən daha üstün hiss edir və göz dağı vermiş olur.

Bu problem səbəbiylə psixologiyası pozulan çox qadın var. Bu problem səbəbiylə qayınanaların gəlinləri qədər təsirlənmədiyini düşünsək, əslində, sualımıza qismən cavab tapmış olarıq.

Çünki, hər qayınana şəkildə gəlinini dəstəkləmir və həyat yoldaşı ilə razılaşdığına görə oğuluna da əsəbləşir, amma bir neçə qayınana bir araya gəldikdə dərdləşib, geri addım atmaq məcburiyyətində qaldıqları səbəbi "nə edim, uşağımın xoşbəxtliyi üçün dözürəm" deyə izah edirlər. Analıq fədakarlığı etdiklərini vurğuladıqları bu mərhələdə də bir-birlərini təqdir edərək ucaldırlar. Burada onların da öz qayınanaları ilə zamanında yaşadıqları problemlər səbəbləriylə daha təcrübəli olduqlarını da unutmamaq lazımdır.

Halbuki gəlinlər, təkləndiklərini hiss etdikləri və ərlərinə analarına qarşı istədiklərini etdirə bilmədikləri halda, bunu bir uduzma olaraq qəbul edirlər. Həyat yoldaşlarının analarının tərəfini tutduqlarını düşündükləri üşün özlərini uduzmuş hesab edirlər və bu uduzma beyinlərinə əməlli-başlı yeriyərək "hirs topuna" çevrilir və onlar həm öz həyatlarını, həm də evliliklərini cəhənnəmə çevirirlər.

Hər gəlinin, bu nöqtədə duyğularıyla deyil, ağılıyla davranması lazımdır:
1- Əvvəlcə qayınananızla yaşadığınız problem, onunla sizin aranızdadır, sizin yaşadığınız problemi həyat yoldaşınızla deyil, ikiniz həll edə bilərsiniz.

2- Qayınananıza qarşı müsbət duyğular bəsləmirsinizsə və onun yaxşı niyyətli davrandığını düşünməsəniz də, niyə sizi incidən bir insana görə yoldaşınızla mübahisə edəsiniz? Siz ərinizlə mübahisə edərkən, yəqin ki, o, evdə sakit şəkildə serialını seyr edir.

3- Siz hər nə qədər əsəbi olursunuz -olun, unutmayın ki o, yoldaşınızın anasıdır… Həyat yoldaşınız, əsla, anasını sizin gözünüzdən görə bilməyəcək, problemi sizin kimi şərh etməyəcək, şərh etsə də, etiraf etməyəcək.

4- Yoldaşınızın sizi qorumasını gözləməyin, siz özünüzü hörmət və nəzakət çərçivəsində qoruya biləcək qədər böyüksünüz. Yoldaşınız isə bu anlarda bir vaxtlar anasının qarşısına hər keçdiyində dəcəllik etdiyi üçün danlaq eşitdiyi günlərin psixologiyasında olacaq.

5- Həyat yoldaşınıza heç vaxt "ya o, ya mən" deməyin. Özünüzü, sizə görə səhv davranan bir insanla eyni səviyyəyə qoymayın. Üstəlik heç kim təhdid altında seçim edərək xoşbəxt olmaz.

6- Qayınananızdan şikayət etmək və evdəki dincliyinizi pozmaq əvəzinə bu problemi necə həll edəcəyinizi düşünün. Qayınananızın sizə olan davranışlarını dəyişdirmək istəyirsinizsə, sizin nə edə biləcəyinizi düşünün. Kimsə siz istəyirsiniz deyə dəyişməz, ancaq sizə necə davranılacağını siz təyin edə bilərsiniz.

Son olaraq xəbəriniz olsun:
Bir çox kişi bu vəziyyətdə həyat yoldaşına haqq qazandırır, fədakarlıq etməsi və ya davranışlarını dəyişdirməsi lazım olanın anası olduğunu düşünür. Hətta bir çox kişi, anasının evliliyi üzərindəki bu mənfi təsirindən şəxsən şikayətçidir! Ancaq çox vaxt, yalnız "ana" olduğunuz üçün, anaları incitməmək lazım olduğu, cənnətin anaların ayaqları altında olduğu və ya ana qarğışı alanın xeyir tapmadığı üçün ya reaksiya vermir ya da aranı düzəltməyə çalışır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri