Gəlinlər qaynanalardan, qaynanalar isə gəlinlərdən şikayətçidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 813
Səs ver:
(səs: 1)
Ölkə üzrə dağılan ailələrin boşanma səbəblərində üçüncü əl xüsusilə qeyd olunur. Qeyd edək ki, üçüncü əl rolunda çox zaman qaynana çıxış edir. Bu klassik mövzudan həyatımızda o qədər sıx bəhs olunub ki, haqqında yüzlərlə lətifə və hekayə yaranıb. Bəzən gülüşlə qarşılanan bu problem bir çox hallarda ailənin dağılması və hətta ölümlə də nəticələnir. Xüsusilə gəlin və qaynana eyni evdə yaşayırlarsa, problem daha qabarıq şəkildə özünü göstərir. Gəlin və qaynananın birlikdə yaşamadığı vəziyyətlərdə də tərəflər arasında problemlər yaşanmaqdadır. Bir çox hallarda bu problemlərin mərkəz nöqtəsi evin idarə edilməsi, qarşılıqlı ünsiyyət məsələləri sayılır. «Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır» kimi ifadəni «Qaynana» filmindən xatırlayırıq. Bu film gəlin-qaynana münasibətlərindəki problemləri özündə əks etdirən ən yaxşı nümunədir. Qaynana gəlin arasındakı xoşagəlməyən münasibətlər bəlkə də azərbaycanlılar qədər digər millətlərdə yoxdur. Hər halda, bizdə vəziyyət daha kəskin xarakter alıb. Son illər KİV-də qaynananın gəlinini döyməsi, öldürməsi və ya qatil rolunda bezmiş gəlinin çıxış etməsi kimi kriminal xəbərlər az deyil. Ortada acı bir həqiqiət var. Gəlinlər qaynanalardan, qaynanalar isə gəlinlərdən şikayətçidir.

Milli Məclisin sosial siyasət komitəsinin üzvü Elmira Axundova KİV-ə verdiyi açıqlamasında bu konfliktin səbəbini ailə münasibətlərindəki qalmaqallarla əlaqələndirib. Elmira Axundova hesab edir ki, son dövrlər gəlin-qaynana problemlərinin aktivləşməsinin səbəbi telekanallarda bu məsələlərin tez-tez işıqlandırılması, bununla bağlı verilişlərin mütəmadi olaraq efirə verilməsidir: «Hətta mən o verilişlərin bəzilərinin əleyhinəyəm. Çünki orada bizə, milli adət-ənənələrimizə, mentalitetimizə xas olmayan tipajlar ekrana çıxarılır. Deməzdim ki, bu bütövlüklə Azərbaycan xalqına xas olan cəhətlərdir. Çünki yüzlərlə, minlərlə ailə tanıyırıq ki, onlar çox rahat, əmin-amanlıqla yaşayır, bir-biri ilə hörmət və izzətlə rəftar edirlər».
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri