Gəlin ya qaynana bir-birini acılamamaq üçün nə etməlidirlər?

Müəllif: NoName
Şərhlər: 12
Baxılıb: 859
Paylaş:
Səs ver:
(səs: 1)
Digər ölkələrdən olan mütəxəssislərlə bu mövzuda danışanda onlarda təəccüb yaranır. Niyə yaranır bu təəccüb? Onlar bizi milli mentalitetimizə uyğun qeyrət, abır-həya mücəssəməsi kimi tanıyırlar .Eşidəndə ki, bizdə bir mənzildə iki ailə, yəni ailə üzvlərindən kənar kimlərsə yaşaya bilər, öz təəcüblərini gizlədə bilmirlər.Yəni ailə qurmuş gənclər heç də, bütün gün oturub Aristotelin əsərlərini orijinaldan oxuyub analiz etməklə məşğul deyillər. Kiminsə kənar adamın evdə olması, psixoanaliz baxımından bizi tamam başqa suallara gətirib çıxarır.Əslində o adam təhtərşüur səviyyəsində nəyin şahidi olmaq istəyir ki, belə oğlundan əl çəkmək istəmir.
Kənar müdaxilələr nəinki gəlin-qaynana problemlərində, boşanmaq məsələlərində mühüm yerdə durur.Evdə qaynatanın, qaynananın olması müxtəlif narazılıqlara gətirib çıxarır. Çünki gənc qurulmuş ailəyə müəyyən sərbəstlik vermək lazımdır. Bizdə belə maraqlı şey var: hamı özünün müdrik, ağıllı olduğunu düşünür və belə hesab edir ki, başqalarının taleyinə hökm oxuya, yaşamaq nümunəsi verə bilər. Əksər hallarda belə iddialar elə adamlarda olur ki, onların özünün hansısa uğursuzluqları olur. Yəni onların həyat tərzləri adətən nümunə kimi göstərilə biləcək bir həyat tərzi olmur. Burada belə bir faktor da rol oynayır ki, özünün həyata keçməyən arzularını övladlarının üzərində həyata keçirmək istəyən valideynlər olur. Onlar əldə edə bilmədiklərini övladları üçün yaratmaq istəyirlər. Ancaq nəzərə almırlar ki, ola bilsin övlad tamam başqa bir şey istəyir. Daha bir problem zamanla bağlıdır.

Danışanda hamı deyir ki, bizim vaxtımızda belə idi, bizim vaxtımızda elə idi, problem yox idi. Bəlkədə ona görə ki, sizin qarşınızdaki böyüklər, sözün əsl mənasında böyük olublar. Yəni bu qədərmi çətindir anlamaq və dərk etmək o məqamı ki, zaman dəyışdikcə ənənələr, kəsərlər də dəyişir. Bəlkə o dövrdə kiməsə xoş olardı ki, evində qaynanası olsun, işlərinə kömək etsin. Ancaq bugünkü gündə özünü təmin edən normal ailədə qızın özü bütün işlərin öhdəsindən gəlir. İnsan evdə istədiyi kimi oturub-durmaq, istədiyi yeməyi bişirmək, istədiyi verlişə baxmaq istəyir. Lakin evdə özünü daha müdrik, daha ağıllı, daha zəngin dünyagörüşlü hesab edən bir qaynananın olması nəticəsində bu mümkün olmur. Bunların hamısının kökündə qeyri-tolerant davranış, yəni ki, başqasına qarşı sayqısızlıq durur. Burada qeyri-tolerantlıqdan daha çox həmin insanların eqoizmi də mühüm rol oynayır. Deyirlər ki,qızım, oğlum sənin üçün eləyirəm. Ancaq psixoanaliz nəticəsində məlum olur ki, o addımların heç biri övlad üçün atılmayıb. Elə valideynlər özlərini aldadırlar, hərəkətlərinə don geyindirirlər ki, övlad üçün edir, amma qəlbinin dərinliyində özü dayanır, yəni bunların hamısını yalnız özünü fikirləşərək edir. Mən onları qınamıram. Ateizm tərbiyəsi almış insanlarda sabahkı günə bir ümidsizlik var. Onlarda sabaha, gələcək talelərinə inam və gümanları yoxdur. Onlar elə hesab edirlər ki, övladı süni surətdə özündən asılı böyütməsən, sabahkı gün o, səni atacaq. Bu səbəbləri cəmlədikdə problemin kökündə eqoizm, eqoizmin kökündə isə bu insanların sabahdan qorxusunun durduğunu görmək olur. Valideynlər bilməlidirlər ki, övladlarını özlərindən asılı etməklə, onların şəxsiyyət kimi yetişməsinə mane olurlar. Çalış ki, onlara sərbəstliyi öyrədəsiniz.

Gəlin ya qaynana bir-birini acılamamaq üçün nə etməlidirlər?

Bəzən biz qışqırmaqla, vurub-sındırmaqla sakitləşəcəyimizi düşünürük. Lakin bu belə deyil. Buna sərf etdiyiniz vaxta xeyirli bir işlə məşğul olun. Bu mənada qaynanalar üçün xüsusi rəsm, toxuculuq və digər kursların təşkil olunmasının da böyük əhəmiyyəti var. Dediyiniz acı söz, etdiyiniz pislik sizin özünüzə qayıdır "bu hər iki tərəfə aiddir”. Heç olmasa öz sağlamlığınızı fikirləşərək bunlardan vaz keçin. Xoş sözlərə qulaq asın, xoş sözlər deyin.

loading...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 859
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
acilamalidilar
10 mart 2015 18:29
12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Aysel Tatli
YAXWSISI AYRI YASAMAQDIR ONDA BIR BIRLERINE HORMETLERI DAHA COX OLACAQ
2 fevral 2015 00:07
11
Offline
lili)
meselen bizimki oturduqun yerde ele soz atirki yanib tokulursen cavab vermeyendede deyir meni saymir yani dava gezir mende davayla aram yoxdu uzune gulurem ondada qizisirki mene gulur ve yada cavab vermir
1 fevral 2015 09:25
10
Offline
arzum-aysum
Sitat: by_fidiw
gəlin kimdi ki ee qaynananı acılasın?! gunah gelindədi

Canim elə demə. Sabah sən də gəlin olacaqsan. Bəzən o qədər haqsız qaynanalar olur ki. Bəzən də əksinə. Ona görə qarşılıqlı olmalıdı
31 yanvar 2015 22:29
9
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
BARBI
Aci soz esitmemekcun dilinin altina qend qoymalisan uzundede gulumseme olmalidir yoxsa mumkun deyil hec vaxt unutmaki o yoldasinin anasidir hemise senden ustundur
31 yanvar 2015 20:31
8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
AYKA-ISI
heleki qulagim dincdi hormetim etmeye caliwiram
31 yanvar 2015 20:11
7
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Qlamurr
Düzü bu mövzu mənimçün maraqlı deyil,çünki özünə hörmət qoyan insan bir problemi çözmək üçün dava deyil,sadəcə oturub danışmaqla həll edə bilər...
31 yanvar 2015 20:11
6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Gulu-Qezi
GUNAY SENINLE RAZIYAM BACI COX DUZDU
31 yanvar 2015 19:37
5
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
isveç.de
Belə mövzülər məni əsəbləşdirir,qaynanada bir anadı düşünün bir anlıq əgər sənin qardaşıvın həyat yoldaşı sənin anava hər hansısa bir hörmətsizlik ifadə işlətsə sən nə hiss keçirəcəksən? Onünçündə qaynana anadı qaynana evin ağbirçəyidi ona edilən hörmətsizlik Qarşılıqsız qalmayacaq O sənə cavab verməsə belə Allah gec tez sənin qarşıva çıxaracaq. Mən deyərdimki günahın 99% indiki gəlinlərdədi.

Mən özümü tərif etmirəm 2, il yarımdırki gəlinəm bü günəcən heçbir acı söz eşitməmişəm qaynanamnan nədəki bir hörmətsizlik edib qaynanama nəsə deməmişəm mama deyirəm qaynanama siz deyə müraciyət edirəm. Oda məni öz qızınan ayırmır həmişə oğluna tapşırırki canı sən canı gəlinim ona yaxşı bax. Allah qaynanamın canın sağ eləsin amin.
31 yanvar 2015 19:28
4
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
Tomris Müslümova
ayyyy ne qeder verirler bu movzuda...bu hell olunasi bir sey deyileee ozuvuze eziyyet vermeyin..boooyy
31 yanvar 2015 18:45
3

Sən sadəcə mənimsən...!
Offline
ece uslu
bir-birine hormetle yanawsalar hec kim aci soz ewitmez

bir-birine hormetle yanawsalar hec kim aci soz ewitmez

bir-birine hormetle yanawsalar hec kim aci soz ewitmez

bir-birine hormetle yanawsalar hec kim aci soz ewitmez
31 yanvar 2015 18:36
2
Offline
Fialka
Niyə bir birin acılamalıdırki mənasızdı məncə hər iki tərəf işlətdiyi hər acı sözə hər hərəkətə diqqət etməlidi çünki onların özlərinə qayıdır etdikləri...
31 yanvar 2015 18:15
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv