Hər gəlinin bu nöqtədə duyğularıyla deyil ağılıyla davranması gərəkdir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 791
Səs ver:
(səs: 4)
1- Əvvəlcə qayınananızla yaşadığınız problem onunla sizin aranızdadır; sizin yaşadığınız problemin həlli yoldaşınızda deyil, sizdədir.

2- Qayınananıza qarşı müsbət duyğular bəsləmirsinizsə və onun yaxşı niyyətli davrandığını düşünmürsünüzsə belə, niyə sizi üzən bir insana görə yoldaşınızla mübahisə edəsiniz? Siz ərinizlə mübahisə edərkən böyük ehtimal ki, o evdə hüzur içində serialını seyr edir.

3- Siz hər nə qədər hirsli olursuz olun, unutmayın ki o yoldaşınızın anasıdır. Yoldaşınız əsla anasını sizin gözünüzdən görə bilməyəcək, problemi sizin kimi şərh etməyəcək, şərh etsə də etiraf etməyəcək.

4- Yoldaşınızın sizi qorumasını gözləməyin, siz özünüzü -hörmət və nəzakət çərçivəsində- qoruya biləcək qədər böyüksünüz. Yoldaşınızsa anasının qarşısına hər keçdiyində, dəcəllik etdiyi üçün, danlaq eşitdiyi qısa şalvarlı günlərinin psixologiyasında olacaq.

5- Yoldaşınıza əsla "ya o, ya mən" deməyin. Özünüzü, sizə görə səhvli davranan bir insanla eyni səviyyəyə qoymanın məntiqi yoxdur. Üstəlik heç kim təhdid altında seçki edərək xoşbəxt olmaz.

6- Qayınananızdan şikayət edib dayanmaq və evdəki hüzurunuzu pozmaq yerinə bu problemi necə həll edəcəyinizi düşünün. Qayınananızın sizə olan davranışlarını dəyişdirmək istəyirsinizsə, bu mövzuda sizin nə edə biləcəyinizi düşünün. Kimsə siz istəyirsiniz deyə dəyişməz, ancaq sizə necə davranılacağını siz təyin edərsiniz.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 2 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri