Qayınana və qayınata ilə dil tapmağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 414
Səs ver:
(səs: 4)
Vəziyyəti qəbul et
Sevgilinin və ya yoldaşının ailəsinin səni sevməməsi həqiqətən çox çətin və narahat edici bir vəziyyətdir. Amma unutma kimsəyə məcbur  özünü sevdirə bilməzsən. Səni olduğun kimi görmələri üçün məşğul ola bilərsən amma bacara bilməzsənsə unutma ki, bu sənin günahın deyil. Çünki bəzi vəziyyətlərdə sən nə etsən et səni sevməmə ehtimalları ola bilər. Bu vəziyyət sənin necə bir insan olduğunla deyil, onların biricik balasını əllərindən aldığını sanmalarıyla əlaqədar ola bilər.

Zənn etdiyin qədər əhəmiyyətli olmadığını bil
Əlbəttə ki, biriylə bərabərsənsə, yalnız onunla deyil ailəsiylə də berabersindir. Və əlbəttə ki, ailəsiylə yaxşı dolanmağın əhəmiyyətlidir. Amma inan mənə yuxularını qaçıracaq və ya sevgilindən imtina etməyi düşünəcək qədər də deyil! Əgər birlikdə olduğun adam səni həyat yoldaşı olaraq seçdisə, səni sevir və sənə hörmət edirsə əhəmiyyətli olan budur!

Sevgilin ya yoldaşının bu mövzunu həll etməsinə icazə ver
Sevgilinin və ya yoldaşının ailəsi səni sevmirsə burax səni onlara sevgilin sevdirsən. Sənin necə biri olduğunu öz dilindən izah etməyindənsə, sevgilinin sənin üçün izah etməsi çox daha təsirli olacaq. Beləcə həm onun səni niyə və nə qədər çox sevdiyini görəcəklər həm də sənə bir şans verəcəklər.  Əhəmiyyətli olan sənin bu vəziyyəti sevgilinə necə əks etdirdiyindir. Səs-küy edərək başının ətini yeməkdənsə ona bu vəziyyətin səni nə qədər üzdüyünü səmimiliklə izah etməyi sına!

Vəziyyətlə üzləş
Sevgilinin ailəsiylə içdən və sakit bir danışma et. Onlara uşaqlarını nə qədər sevdiyini, birlikdə nə qədər xoşbəxt olduğunuzu izah et. Onları öz ailən kimi gördüyünü və sevgilərini qazanmaq üçün əlindən gələni edəcəyini söylə və onlardan bir şans istə. Bu vəziyyətin ailənizin xoşbəxtliyi və dincliyi üçün nə qədər əhəmiyyətli olduğunu onlara hiss etdir. Bəzi vəziyyətlərdə onları səhv anlayan sən ola bilərsən. Burax özlərini və hisslərini açıqlaya bilsinlər. Bəzi vəziyyətlərdə də sənin onları sevmədiyini düşündükləri üçün sənə pis davranır ola bilərlər. Bunun doğru olmadığını eşitmək onlara yaxşı gələ bilər.

Nəzakətli və hörmətli ol
Unutma ki, iki səhv əsla bir doğru etməz! Əgər onlar sənə pis davranırsa bu sənin də onlara pis davrana biləcəyin mənasını verməz. Hər vaxt hörmətini qoru. Nə olursa olsun onlar sənin böyüklərin. Və onlara göstərəcəyin ən kiçik bir hörmətsizlik səni haqlıykən haqsız vəziyyətə sala bilər. Nəzakətli və hörmətli olaraq onlara doğru mesajları verə bilərsən.

Məsafəni qoru
Baxdın ki, nə etsən et sevgi və hörmətlərini qazana bilmirsən o zaman məsafəni qoru. Xüsusi günlər xaricində məcbur qalmadıqca bir araya gəlməməyə çalış. Unutma sən uzaqlaşdıqca sevgilin də uzaqlaşacaq və heç bir ailə uşaqlarından olmaq istəməz. Belə bir vəziyyətdə sırf uşaqlarını daha çox görmək üçün sənə olan davranışlarını dəyişdirməyə belə çalışa bilərlər.

Uşaqlarınızın bu vəziyyətdən təsirlənməsinə icazə vermə
Nə olursa olsun uşaqlarını qayınanan və ya qayınatanın haqqında doldurma. Aranızda nə qədər çox problem olursa olsun uşaqlarını bu mövzudan uzaq tut. Unutma qayınanan və qayınatasınla sənin aranda qan bağı olmağa bilər amma uşaqlarının var. Əsla uşaqlarının üzərindən onlara bir mesaj göndərmə və uşaqlarının ətrafında onlar haqqında pis danışma. Eynisini onların da etməsinə icazə vermə. Onsuz da uşaqlar bir sonra aranızdakı buzları əritməyə köməkçi olacaq.

Öz ailənə bağlan
Sevgilinin və ya yoldaşının ailəsi sənin də ailən doğru amma sənin əsl məsuliyyətin sevgilinlə qurduğun ailə. Bu ailəyə sıxlaş. Sevgini bura axıt. Onlarla olan problemlərini əsla döyüş mövzusu halına gətirmə və əsla  bu mövzuda yoldaşını günahlandırma! Unutma o da bu vəziyyətdə olmağı əsla istəməz!
Nəticə olaraq əgər qayınanan və ya qayınatasınla problemlər yaşayırsansa əvvəl bunları aşmaq üçün əlindən gələni et. Baxdın  olmur, fikirləri heç bir şəkildə dəyişmir, o zaman hörməti heç bir zaman əldən buraxma amma artıq bu mövzunu da daha çox əhəmiyyətsiz hesab et...
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 4 414
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri