Qaynana olmağa hazırsınızmı?

Müəllif: Nazlı_qız
Şərhlər: 6
Baxılıb: 778
Paylaş:
Səs ver:
(səs: 5)
İllərcə böyüdüb, boya-başa çatdırdığınlz övladınızın yeni bir həyata başlaması, ailə qurması sizin üçün heç də asan bir iş deyil. Hər bir ana qızı və ya oğlunu xoşbəxt görmək üçün çırpınırsa da, ailəyə yeni gəlmiş gəlin, ya da kürəkənlə münasibətdə bir axsaqlıq da mütləq yaşayır.

Əgər övladınızın xoşbəxt olmasını həqiqətən və ürəkdən istəyirsinizsə, o zaman sizə düşən vəzifə yaxşı qaynana olmaqdır. Yaxşı qaynana dedikdə əslində necə biri olmaq lazımdır deyə düşünə bilərsiniz.
Gəlin etiraf edək ki, bütün qaynanalar gəlinin, ya da kürəkənin ona "ana" deyərək müraciət etməsini istəyir. Bu əslində gözəl və qəbuledilən xoş bir istəkdir. Çünki bizə "ana" deyən birini biz daha çox istəyəcək, necə deyərlər, elə sözün həqiqi mənasında övladlmız kimi qəbul etməkdə çətinlik yaşamayacağıq. Amma burada toxunalacaq bir nüans var. Bu kəlməni eşitmək nə qədər xoşdursa, içdən gələrək söylənilməsi daha xoşdur. Ona görə də çalışmaq lazımdır ki, "ana" sözünü içdən gələrək eşidək, zorla qəbul etdirməyək. Axı təbii davranış quruca deyilən sözdən daha vacibdir.Qaynanalarla gəlinlərin arasında yaşanan əsas problemlərdən birinin də ev təmizliyi üstündə olduğunun şahidi olmuşuq. Bəzi qaynanalar elə bil ki, qarşısına gündəlik öhdəlik qoyur. Oturub bütün günü altdan-altdan gəlinin hərəkətlərini izləyirlər. Vay o gündən ki, gəlin stəkanı boşqabdan sonra yuya, yaxud da öz otağını qaynananın otağından əvvəl təmizləyə. Qaynana da bu zaman himə bənd imiş kimi iradı irad dalınca gətirəcək, söz-söhbət baş alıb gedəcək. Bu qaynanaların etdiyi səhvlərdən biridir. Uyğunlaşmadığı bir mühitdə gəlindən mükəmməl bir nəticəsi olan iş gözləmək doğru deyil. Deyinməkdən, irad axtarmaqdansa, bəzi hərəkətlərə göz yummaq, zamanı çatanda şirin bir dillə səhvlərini demək lazımdır. Digər bir problem isə nənələrin nəvə həvəsində olmalarıdır. Oğlumu evləndirmişəmsə, tez bir zamanda da nəvəmi qucağıma almalı, muradıma yetməliyəm fikridir. Müəyyən səbəblərdən bu prosesdə gecikmə ola bilər. Bunun üçün evdə gəlinə üz turşutmaq, kinayəli danışmaq, onların isti, xoşbəxt yuvasına bir soyuqluq qatmaq anaya yaraşan hərəkətdirmi? Əlbəttə ki, yox! Bu davranış övladınızın ailəsindəki münasibələrə ancaq mənfi təsir göstərəcək, səbrli olmaq lazımdır.
Bu gün bu mövzuda bir qədər açıq danışmaq istəyirəm. Bəlkə də çoxunuzun qarşılaşdığı bir səhnədən danışacam indi. Bəzən qaynana böyüklüyünü əlində əsas tutaraq həssas bir mövzuda çox məsuliyyətsiz davranır. Tutaq ki, bir evdə, birgə yaşadığınız bir gəlininiz var. Həftə sonudur, istirahət günlərindən biridir. Siz yaşınızla bağlı (yaxud da xasiyyətinizə inad) səhər erkəndən oyanmısınız. Hökmlə oğlunuz yatan otağın qapısını döyüb onları oyatmaq ixtiyarınız yoxdur. Əgər bunu edəcəksinizsə, o gəlindən qarşılıq olaraq xoş üz gözləmək haqqınız qalmadı demək.
Daha bir həssas mövzu: gəlininiz və ya kürəkəninizlə aranızda anlaşılmazlıq yaranıbsa, buna öz övladınızı qatmadan çözüm tapın. Oğlunuzu, ya da qızınızı iki daşın arasında qoymayın, bu onların özləri arasındakı münasibətə bir sərinlik gətirmək deməkdir.

Hər problemin tək bir həlli var: danışmaq. Gəlininiz, ya da kürəkəninizlə bir problem yaşadığınızda küsmək, səssiz qalıp üz turşutmaq, ya da dodaqaltı danışmaq problemin həlli deyil, bu sizə yaxşı heç nə qazandırmaz. Bəlkə də fərqində olmadan etdikləri bir yanlışlıqdan dolayı onlarla danışmamanız vəziyyəti daha da çıxılmaz bir hala gətirər. Ən yaxşısı danışlb nədən incidiyinizi deməkdir.Gəlininizin, ya da kürəkəninizin sizə qarşı xoş davranmasından sui-ustifadə edərək, "borcudur" deyib düşünməyin. Bunu edirsə, sizə olan hörmətindən, ustəyindən edir, heç kim içdən gəlməyən bir istək olmadan, məcburiyyətdən qarşısındakına çiçək və ya digər hədiyyə almaz. Qarşı tətəfdən bunu gördüyünüz halda, mütləq bu davranışı qiymətləndirməli, təşəkkürünüzü bildirməlisiniz.
Qaynanaların ən çox yaratdlqları problem bilirsiniz nədir? Mən deyim, siz də təsdiqləyin.
Xüsusi günlər, bayramlar var ki, bütün ailəni bir yerdə görmək istəyirsiniz. Bu olduqca normal bir istəkdir, anlamamaq mümkün deyil. Amma unutmamalısınız ki, övladınızın artıq sahib olduğu bir ailəsi var. Bu mövzuda çox həssas davranmağınız gərəkdir. İxtiyarı və seçimi cavanların öhdəsinə buraxmaq lazımdır. Bəlkə də gənclərin baş-başa zaman keçirmələri üçün dəstək olmanız daha məqsədəuyğundur. Sonda isə bütün gənc qaynanalara bir tövsiyəmiz var: Gəlininizə, ya da kürəkəninizə nə qədər küskün və ya hirsli olsanız da başqalarının yanında onların qarasınca danışmayın. Aranızda nə yaşanırsa yaşansın, ailə xaricindən birinin bilməsinə gərək yoxdur. Gileyinizin kürəkənin, ya da gəlinin qulağına çatması vəziyyəti qəlizləşdirə bilər. Belə hallarda mövzunu müzakurə edəcəyiniz tək insan, elə problem yaşadığınız şəxsin özüdür, unutmayın!

loading...
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 778
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
qaynana obrazina girerek gelinin her ishine miz qoymaqdan basliyaq hesh neyide beyenmeyek gelinin elediklerinin, buna ramen mukemmel qaynana olaq her kesden daha yaxsi zadegan heyati yashadaq
19 mart 2015 01:48
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Nergizz
ALLAH herkese gelin qismet elesin,ama ister qaynana,baldiz,qaynata,baci,qardaw,kimliynden asli olmayaraq.her kesin xasiyetine gore davranmalisan ki,incimesin,soz axtaran adama ne etsende birqwey tapacaq,men gelin qaynana tanyram qohumdu,qaynana iwe bir gedende gelin opur, bir iwden gelende,cox mehribandilar,ikiside cox gozel xasiyeti var,ama bele bir birini bawa duwen azdi,ALLAH mene gelin qismet elesin qaynanamla nece olmuwamsa gelinlede ele olacam,qaynananin kaprizi olmasa onun lezzeti omaz,ALLAH hec bir evi boyuksuz etmesin
18 mart 2015 23:20
5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
Ayten666
Essii bos seydi hamsi
18 mart 2015 22:17
4
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Offline
BARBI
Heleki ne gelin nedeki qaynana olmaga hazir deyilem . Onu deye bilerem ki cox gozel ve aktual movzudur unutmayin nece qaynananizla reftar edeceksiz gelininizde eynisini size edecek.
18 mart 2015 19:12
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Qlamurr
Yaxşı nüansa toxunmusunuz,çünki çox gəlinlər qaynanalarına ana deyə müraciət edirlər,ancaq bunu içdənmi deyirlər,bax bu inandırıcı gəlmir mənə(düzdü içdən deyənlərdə var),bəlkədə ətrafımdakı insanlardan bu ikiüzlülüyü görmüşəm ona görədi,çünki üzdə deyirlər,arxada da başqa münasibət,şəxsən mən özüm xala deyə müraciət edirəm və hörmət qoyuram.Qaldı iş məsələsinə ən çox problem də burdan yaranır.Ancaq qaynsna da gəlində başadüşən olsa,bu qədər gərginlik yaranmaz,çünki bu iki insan həmişə bir-birinin həyatında olacaq,ona görədə pərdəni aradan götürməməlidirlər.
18 mart 2015 18:55
2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Fialka
Sonuncu abzasda yazılanlarla tam razıyam, unutmaq lazım deyil ki, bu günkü gəlin sabahın qaynanasıdır və necə münasibət etsə gələcəkdə də etdiyi hərəkətlər onun özünə qayıdacaq necə deyərlər etmə bulma dünyasıdır və real həyatda çox olub bu cür hallar. Gərək böyükdən xeyir duanı almağı bacarasan ...
18 mart 2015 18:13
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook