Axxx qaynanalar!

Müəllif: Qlamurr
Şərhlər: 9
Baxılıb: 3 645
Səs ver:
(səs: 6)
Allah analari yaradıb, şeytan isə qayınanaları icad edib.
İlahi,məni qayınanamdan qoru,arvadımla özüm bacararam,əslində heç onunla da bacarmıram.
Bu dünyada hər şey nisbidir,sənin anan da başqa birisinin qayınanası ola bilər.
Evləndikdən sonra,sənin mənzilin teatr səhnəsinə çevriləcəkdir: qayınanan həm rejissor,həm müəllif,həm də suflyor qismində fəaliyyət göstərəcəkdir.Biletin qiymətini isə sən ödəyəcəksən.
Adəm cənnətdə subay və oradan qovulandan sonra qayınanasız yaşamış yeganə kişi olmuşdur.
Ən yaxşı qayınana bəyin toy günündə ölən qayınanadır.
Lap öz qayınananla evlənsən də onun da anası tapılacaqdır.
Qayınanalarla pişiklər arasında bir fərq var: pişiklərin cəmi 7 ruhu vardır.
Qayınana da dövlət qulluqçusu kimidir: hər cür problemin həllini tez tapır.
Düşmənlərinizi – qayınanalarınızı sevin!
Qadının iki tərəfi də kəsən iti bir silahi vardır: kəbinkəsən və qayınana!
Əgər arvad evin açarıdırsa,qayınana onun qıfılıdır.
Balığın və qayınananın qoxusu üç gündən sonra ətrafa yayılır.
Qayınana ilə cəllad arasında nə isə bir oxşarlıq var.Milyonlarla adam bir cəlladi görmür,halbuki hər evdə qayınana olur.
Mən və anam arvadımın əleyhinə birləşdik, sonra mən və arvadım onun qayınanasının əleyhinə birləşdik.
Cəhənnəmdə qayınanamı yanımda görmək mənə necə də ləzzət verərdi.
Sədaqət evdəki yeməyə bənzəyir.Xəyanət isə restorandakı kimidir – növbənöv və ləzzətli,bahalı yeməklər olur,ən başlıcası isə qayınanan yanında olmur.
Arvadım o dərəcədə anasına oxşayır ki, bəzən lap qayınanam kimi hərəkət edir.
Üç canlı məxluqat vardır: insanlar,heyvanlar və qayınanalar.
Deyirsən ki,on ildir evlisən,amma qayınanandan bir söz də eşitməmisən.Bəxtəvər!
İlan sancır,it qapır,at təpikləyir.Bilməzsiniz,qayınanam nələr etmir!
Mətbuatın vəzifəsi problem yaratmaqdır. Elə sənin qaynanan da bununla məşguldur.
Arvadım elə qadınlardandır ki, heç bir yerdə anasından ayrılmır.Qayınanam isə hər yerə gedir.
Evlilik həyatının da salat kimi dörd şeyə - israfçılıqla,tökülmüş bitki yağına, xəsisliklə damcılandırılmış sirkəyə, qənaətçiliklə səpilmiş duza və bunların hamısını qarışdıran qayınanaya ehtiyacı vardır.
Arvad özü bir şəxsiyyətdir,qayınananın isə heç bir şəxsiyyəti olmur.
Mənimlə arvadım arasında çox sadə bir münaqişə davam edir: o öz anasını mənim anam etmək istəyir.
Sənin sevgilin boşqabda bir almadır,arvadın badədəki şərabdır,qayınanan isə onu içənlərin mübtəla olduğu kəskin baş ağrısıdır.
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 3 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri