Gəlin qaynana arasındakı söz söhbət nədən olur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 501
Səs ver:
(səs: 3)
Gəlin-qaynana arasında yaranan narazılıqlara nə səbəb olur?

Digər ölkələrdən olan mütəxəssislərlə bu mövzuda danışanda onlarda təəccüb yaranır. Niyə yaranır bu təəccüb? Onlar bizi milli mentalitetimizə uyğun qeyrət, abır-həya mücəssəməsi kimi tanıyırlar .Eşidəndə ki, bizdə bir mənzildə iki ailə, yəni ailə üzvlərindən kənar kimlərsə yaşaya bilər, öz təəcüblərini gizlədə bilmirlər.Yəni ailə qurmuş gənclər heç də, bütün gün oturub Aristotelin əsərlərini orijinaldan oxuyub analiz etməklə məşğul deyillər. Kiminsə kənar adamın evdə olması, psixoanaliz baxımından bizi tamam başqa suallara gətirib çıxarır.Əslində o adam təhtərşüur səviyyəsində nəyin şahidi olmaq istəyir ki, belə oğlundan əl çəkmək istəmir.
Kənar müdaxilələr nəinki gəlin-qaynana problemlərində, boşanmaq məsələlərində mühüm yerdə durur.Evdə qaynatanın, qaynananın olması müxtəlif narazılıqlara gətirib çıxarır. Çünki gənc qurulmuş ailəyə müəyyən sərbəstlik vermək lazımdır. Bizdə belə maraqlı şey var: hamı özünün müdrik, ağıllı olduğunu düşünür və belə hesab edir ki, başqalarının taleyinə hökm oxuya, yaşamaq nümunəsi verə bilər. Əksər hallarda belə iddialar elə adamlarda olur ki, onların özünün hansısa uğursuzluqları olur. Yəni onların həyat tərzləri adətən nümunə kimi göstərilə biləcək bir həyat tərzi olmur. Burada belə bir faktor da rol oynayır ki, özünün həyata keçməyən arzularını övladlarının üzərində həyata keçirmək istəyən valideynlər olur. Onlar əldə edə bilmədiklərini övladları üçün yaratmaq istəyirlər. Ancaq nəzərə almırlar ki, ola bilsin övlad tamam başqa bir şey istəyir. Daha bir problem zamanla bağlıdır.

Danışanda hamı deyir ki, bizim vaxtımızda belə idi, bizim vaxtımızda elə idi, problem yox idi. Bəlkədə ona görə ki, sizin qarşınızdaki böyüklər, sözün əsl mənasında böyük olublar. Yəni bu qədərmi çətindir anlamaq və dərk etmək o məqamı ki, zaman dəyışdikcə ənənələr, kəsərlər də dəyişir. Bəlkə o dövrdə kiməsə xoş olardı ki, evində qaynanası olsun, işlərinə kömək etsin. Ancaq bugünkü gündə özünü təmin edən normal ailədə qızın özü bütün işlərin öhdəsindən gəlir. İnsan evdə istədiyi kimi oturub-durmaq, istədiyi yeməyi bişirmək, istədiyi verlişə baxmaq istəyir. Lakin evdə özünü daha müdrik, daha ağıllı, daha zəngin dünyagörüşlü hesab edən bir qaynananın olması nəticəsində bu mümkün olmur. Bunların hamısının kökündə qeyri-tolerant davranış, yəni ki, başqasına qarşı sayqısızlıq durur. Burada qeyri-tolerantlıqdan daha çox həmin insanların eqoizmi də mühüm rol oynayır. Deyirlər ki,qızım, oğlum sənin üçün eləyirəm. Ancaq psixoanaliz nəticəsində məlum olur ki, o addımların heç biri övlad üçün atılmayıb. Elə valideynlər özlərini aldadırlar, hərəkətlərinə don geyindirirlər ki, övlad üçün edir, amma qəlbinin dərinliyində özü dayanır, yəni bunların hamısını yalnız özünü fikirləşərək edir. Mən onları qınamıram. Ateizm tərbiyəsi almış insanlarda sabahkı günə bir ümidsizlik var. Onlarda sabaha, gələcək talelərinə inam və gümanları yoxdur. Onlar elə hesab edirlər ki, övladı süni surətdə özündən asılı böyütməsən, sabahkı gün o, səni atacaq. Bu səbəbləri cəmlədikdə problemin kökündə eqoizm, eqoizmin kökündə isə bu insanların sabahdan qorxusunun durduğunu görmək olur. Valideynlər bilməlidirlər ki, övladlarını özlərindən asılı etməklə, onların şəxsiyyət kimi yetişməsinə mane olurlar. Çalış ki, onlara sərbəstliyi öyrədəsiniz.

Gəlin ya qaynana bir-birini acılamamaq üçün nə etməlidirlər?

Bəzən biz qışqırmaqla, vurub-sındırmaqla sakitləşəcəyimizi düşünürük. Lakin bu belə deyil. Buna sərf etdiyiniz vaxta xeyirli bir işlə məşğul olun. Bu mənada qaynanalar üçün xüsusi rəsm, toxuculuq və digər kursların təşkil olunmasının da böyük əhəmiyyəti var. Dediyiniz acı söz, etdiyiniz pislik sizin özünüzə qayıdır "bu hər iki tərəfə aiddir”. Heç olmasa öz sağlamlığınızı fikirləşərək bunlardan vaz keçin. Xoş sözlərə qulaq asın, xoş sözlər deyin.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri