Qayınanaların 8 tipi

Müəllif: NoName
Şərhlər: 14
Baxılıb: 1940
Paylaş:
Səs ver:
(səs: 2)
Əslində qayınananı günahlandırmaq və dalınca danışmaq əvəzinə gəlinlər onları başa düşməyə, tanımağa çalışsalar, həyatları daha rahat olardı. Psixoloqun dediyinə görə, qayınanaların 8 tipi var və gəlinlərin bu haqda bilməsi münasibətlərdə harmoniyanın yaranmasına müsbət təsir edəcək.
 
Şikayətçi qayınana. Gəlin hər nə etsə də, qayınana narazı olur, gəlinin hər hərəkətinə görə şikayətlənir.
 
İdarə edən qayınana. O, ailəsində bütün problemləri özü həll etməyə adət edib. Belə qadın gəlin gəlməmişdən əvvəl evini hər zaman ideal təmiz saxlayıb, ailəsinin peşəkar aşbazı olub, ailənin bütün qayğılarını çəkib. Belə qayınana ilə bir evdə yola getmək üçün yalnız onun dedikləri ilə hesablaşmaq lazımdır. Gəlin onunla yaşayaraq müstəqil qərar verə bilməyəcək. Əgər gəlin sərbəstliyi sevən, üsyankar xasiyyətlidirsə, belə qayınana ilə yola gedə bilməyəcək.
 
Günahlandıran qayınana. Belə qayınanalar, hər zaman öz oğluna xatırladır ki, onu öz sağlamlığı bahasına dünyaya gətirib və böyüdüb. O, hər zaman gileylənir. Özünə daha çox diqqət və qayğı istəyir. Əksər hallarda onlar özləri gəlinlə münaqişə yaradır.
 
Eqoist qayınanalar. Onların həyatda yeganə sevinci sevimli oğludur. O, gəlini daxilən qəbul etmir. Çünki onun üçün etalon - o, özüdür. Bu tip qayınana ilə yola getmək çox çətindir. O, oğlunun qarşısında sizi pis vəziyyətdə görmək üçün hər bir şeyə əl atar.
 
Özünü qurban verən qayınana.
Elə tip qayınanalar var ki, özlərini oğluna görə qurban verirlər. Belələri yaxşı qayınana və uşaqcanlı nənələr olur. Gəlinini qızı kimi qəbul edir. Lakin o, gəlinə oğlunun müstəqil və ayrı yaşamasına yol verməyəcək. Hər zaman məsləhətlər verməyə çalışacaq.
 
Nazlı qayınana.
Bəzi qayınanalar isə özlərini ərköyün balaca uşaq kimi aparırlar. Onlar çox qısqanc olur, oğlunun ona qarşı olan diqqətsizliyindən şikayətlənirlər. Belə tip qayınanaların yalnız oğlunun sevgisinə və qayğısına ehtiyacı var.
 
İdeal qayınana. Bu ana, əgər onun övladı xoşbəxtdirsə, o, da xoşbəxtdir. Gəlin onun sözünə, köməyinə güvənə bilər. Bu tip qayınanalar, oğlu həyat yoldaşı ilə mübahisə edibsə, mütləq gəlinin tərəfini tutacaq. Günahı isə oğlunda və öz tərbiyəsində görəcək. Bu cür ideal qayınanalar özünə qarşı olan cüzi diqqətə görə də ürəkdən sevinir.
 
Xeyirxah qayınanalar. Adətən belə qayınanalar özləri vaxtı ilə qayınanalarından pis münasibət görüblər. Bu səbəbdən də gəlinin də o əziyyəti çəkməsini istəmirlər. Onlar hər bir vəziyyətdə gəlinə kömək etməyə hazırdılar.

loading...
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 1940
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
men soz vermisemki gelin getireceyim gunu gorsem qismet olsa,coxxx ideal qaynana olacam....
21 may 2015 14:40
14
MENİ KİMSE AGLAR GÖRMEDİ -- AGLAMADIMMI??
AGLADIM HEMDE COXX AMMA MEN GÖZ YAŞLARIMI HER ZAMAN QELBİME AXITDIM,HAMIDAN GİZLİ,HAMIDAN XEBERSİZ.....
Offline
isveç.de
Mən qaynanamı çooooooooox istiyirəm. oda məni çox istiyir.

Butun işlərdə qaynanaları günahkar çıxarmıyın. Elə biz gəlinlərdədə az deyil haa.
21 may 2015 00:17
13
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
GünƏşimƏ_AiD_
esas qizi kimi gorsun bes edir...birde dodaqin altinda deyinmesin fso,ne sozu var uzume desin..ferqi yoxdu
20 may 2015 23:04
12
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
yarpaq33
Qaynanalar yaxwi olure baldizlar olari yoldan cixartmasa
Bir defede baldiz tiplerinden yazarsiz menim yarali yerim
20 may 2015 22:33
11
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Baharim ol
Insaallah menim qaynanam xeyirxah olar..yoxsa cetin olacaq
20 may 2015 22:20
10
Ama yenede
Offline
Menim balam
Şikayətçi qayınana. Gəlin hər nə etsə də, qayınana narazı olur, gəlinin hər hərəkətinə görə şikayətlənir.
20 may 2015 21:10
9
Offline
ALESSANDRA
İdeal qaynannanı seçirəm ehhhh oda harda......
20 may 2015 19:46
8
Don't trust anyone ∆
Offline
guler19
Mənim qaynanam həm Özünü qurban verən qayınana İdeal qayınana Xeyirxah qayınanalar sırasına daxildir Gözəl qaynanam var. ALLAH ona uzun ömür versin amin
20 may 2015 19:22
7
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
teri meri
inşallah mənim ya''ideal'' ya da ''xeyirxah'' qaynanam olar
20 may 2015 19:09
6
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
_BELOSNEJKA_
Menim qaynanam hem İDEAL HEM NazLİİR ONU COOOOX sevirem Allah hamiya qismet elesin bele qaynana men xala deyirem o deyirki adami n bir anasi olar sen mene xala deuib hormet qouy besdi ymenim problemlerimi hell edir cox sagolsun
20 may 2015 19:04
5
REBBİM TUTULAN ORUCLARİ QİLİNAN NAMAZLARİ QEBUL ETSİN İNSALLAH AMİN
Offline
Fialka
İnsanın xüsusiyyətləri çoxdu o cümlədən qaynanalarında əsas odu bu xüsusiyyətlər necə olsada onu qabardıb problemə çevirməyəsən bu cür hərəkətlərlə heç kəs xasiyyətini dəyişən deyil əksinə çalışıb o xasiyyəti qəbul etmək lazımdır.
20 may 2015 18:39
4
Offline
BARBI
Ideal ve xeyirxah qaynana tipi en meqbuludur. Ele qaynanam olsun isterdim
20 may 2015 18:22
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
AXIRDAN IKISI YAXSIDI HER KESE O CUR QAYNANALR QISMET OLSUN
20 may 2015 18:20
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Tomris Müslümova
gelinlerinde tiplerini yazsaq daha qarsiliqi olar...tek qaynanalin tiplerini yazmaqla deyil
20 may 2015 18:08
1

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook