Müasir gəlinlərin səhvləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 302
Səs ver:
(səs: 4)
Qayınana və gəlin problemi hər bir dövrdə olsa da, müasir zamanda gənclərin böyüklərə olan hörmətinin azalması bu problemi daha da qabardır. Psixoloq A.Ağabalayeva hesab edir ki, qayınana gəlininə qızı gözü ilə, gəlin isə qayınanasına sevdiyi və hörmət etdiyi həyat yoldaşının anası kimi baxsa, münasibətlərdəki gərginliyi azaltmaq olar: "Gəlinlər qayınana ilə dil tapmaq üçün onun dediklərini pis qəbul etməməyə çalışmalıdırlar. Yaxşı olar ki, qayınananın dediklərindən bir nəticə çıxarıb onun rəğbətini qazanmağa çalışsınlar. Lakin müasir gəlinlər nadir halda bunu edir və ya bunu etməyə cəhd göstərirlər. Qayınanalar isə çox vaxt oğlunu gəlinə qısqandığı və gəlinin oğlunu əlindən alacağından qorxduğu üçün konfliktə girirlər. Yaxşı olar ki, qayınanalar da bu cür neqativ fikirlərdən uzaqlaşıb ailənin xoşbəxtliyini düşünsünlər”.
 
Fikir vermisinizsə, əksər hallarda qızları öz anaları danlayanda və ya bir məsləhət verəndə, yol göstərəndə bunu pis qəbul etmirlər. Amma qayınana nəsə deyəndə hər zaman onun sözlərinin mənfi tərəflərini düşünürlər. Bu da gəlinlərdə qayınanaya qarşı nifrət hissini formalaşdırır ki, bu hiss də onlara mehriban yaşamağa imkan vermir. Əslində isə gəlin ən azı həyat yoldaşını sevirsə, ona hörmət edirsə, onun valideynlərinə də hörmətlə yanaşmalıdır. Çünki qayınana da bir anadır. Qayınana yoldaşınızın anasıdır və o, öz anasını heç vaxt sizin gözünüzlə görə bilməz. O, anasında hansısa nöqsanları görsə belə, bunu sizə etiraf etməyəcək.
 
Gəlinlərin qayınana ilə münasibətdə buraxdığı səhvlərdən biri də, qayınananı öz anası ilə müqayisə etməsidir. Bununla yanaşı, həyat yoldaşının uğursuzluqlarında qayınananı günahlandırmaq da ona qarşı aqressiyanı çoxaldır. Nəticədə yola getmək çətinləşir. Qayınana ilə ünsiyyətdə olmaq, onunla məsləhətləşmək, ona hörmət etmək, güzəştə getməyi bacarmaq, təcrübə və məsləhətlərindən faydalanmağa çalışmaq isə ailədəki mübahisələri minimuma endirir. Bunu etmək çətin olsa da, xoşbəxtliyinizi qorumaq üçün dəyər.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 5 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri