Qaynana və gəlin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 077
Səs ver:
(səs: 0)
"Gəlin mənim süpürgəmdir, harda qoysam, orda da durmalıdır!" - eləmi?

Heç bitməyən qaynana gəlin problemi. Görəsən nə üçün qarşıdurmalar, problemlər yaranır? Yəqin ki, səbəb çox ola bilər - hər iki tərəfin mənfi xarakterdən tutmuş baş alıb gedir. Bundan əlavə də mənfi xarakteri bir kənara qoysaq, yerdə qalır insanların bir-birini başa düşməmələri. BAx bu özü əsl problemdir.

Bacarıqsızlıq. Əgər bir çox qızlar, qadınlar nəyisə bilmirlərsə, burda pis bir şey yoxdur. Necə deyərlər -"bilməmək ayıb deyil, öyrənməmək ayıbdır”. Qaynananalar da bəzən gəlinlərini nələrisə bilmədikləri üçün qınayır və pisləyirlər. Bilmirsə, öyrədin dəə..burda nə var ki?! Nəyisə bacarmırıqsa, deməli, biz bunu bilmirik, bunun qaydasını, həllini bilmirik. Nəyisə bilmək üçün gərək onun üstündə özün canlı olaraq çalışasan. Görüb-götürmək də önəmlidir, amma, görüb, götürüb, buna özünün də bir əl atması daa da yaxşıdır. Hamı çalışa-çalışa örənir. Əgər kimisə həqiqətən də bir işi görmək istəyi varsa, o nə vaxtsa mütləq o işi görəcək.


Günümüzdə yemək bişirə bilməyən, ev işlərindən başı çıxmayan, hətta, ataların, qardaşlarının, ərlərinin qatlı şalvarlarını yalnış tərzdə ütüləyib, onun qatını pozanlarımız da az deyil. Qınayıram, amma, bəzən də başa düşməyə çalışıram. Məsələn, qız helə oxuyur, hər şeyi ana edir: yuyur, yğışdırır, bişirir və s. Əlbəttə ki, qız oxusa da işləsə də ev işlərindən də başı çıxmalıdır, amma, əgər ona öyrədilməyibsə, o qız öyrənənəcən mütləq səhvlər edəcəkdir.

Təmbəllik bir iş deyil; evdə hər yeri toz aparırsa, paltarlar qalıb, iylənirsə, hər gün kolbasa-yumurta bişirilirsə, qaynana nədir, vaxt gələcək ər də buna ağız büzəcək!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 077
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri