Cəmiyyətdə qaynananın gəlininə söz keçirmək arzusu və buna qarşı gəlinin
müstəqil olma istəyinin gəlin-qayınana qarşıdurmasının əhəmiyyətli
səbəblərindən biri olduğunu qələmə alan Prof. Dr. Aydın, "Qayınana, həm
yaşının verdiyi təcrübədən həm də oğlan anası olmasından ötəri gəlininin
öz sözünü dinləməsini istəməkdədir. Yeni evli gəlin isə müstəqil olmaq,
istədiyi kimi yaşamaq, evində rahat olmağı arzulayır. Qadınlar.Biz xəbər verir ki, nəticədə təbii
olaraq bir-birinə soyuq davranırlar" deyə danışdı.Qaynananın oğlunu
qısqanması və sanki gəlini özünə rəqib kimi görməsinin də gəlin-qayınana
qarşıdurmasına gətirib çıxardığını dilə gətirən Prof. Dr. Aydın, "bəzi
qaynanaların evlənən oğlunu gəlinin əlinə verdiyini, illərcə əmək verib
böyütdüyü övladını əlindən qaçırdığını zənn etdiklərini" ifadə etdi.Hər
nə qədər gəlin-qayınana problemlərində iki adam var kimi görünsə də bu
mənfi cədvəldən təsirlənənlər sayının bir xeyli çox olduğunu bildirən
Prof. Dr. Aydın,"Hər şeydən əvvəl gəlin-qayınana anlaşmazlıqlarının
mərkəzində olan övlad / yoldaş mövqesindəki kişi, anası və həyat yoldaşı
arasındakı səbəblərdən mənfi təsirlənir, iki adam arasında bir seçim
etmək məcburiyyətində saxlanılır. Şəxsiyyətlərinin tam meydana gəlmə
mərhələsində olan uşaq, evin içərisində mənfi cədvəllərlə
qarşılaşmaqdadır, ən çox ehtiyac duyduqları anda sevgi yerinə döyüşlərə
şahid olurlar" dedi.Gəlin-qaynana qarşıdurmasından xilas olmaq üçün
edilməsi lazım olan tək şeyin hər iki tərəfin bir-birlərinə qarşı
anlayış və hörmət çərçivəsi içərisində yaxınlaşması, yəni empati etməsi
olduğunu bildirən Prof. Dr. Aydın, problem çıxarmaq yerinə bir-birini
anlamaq lazım olduğunu" söylədi.