Qayınana-gəlin anlaşılmazlığında necə bir rəftar sərgilənməli?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 206
Səs ver:
(səs: 0)
Gəlin qayınana anlaşılmazlıqlarında kişilər çox vaxt iki qadının arasında qalır və necə bir tutum sərgiləmələri lazım olduğunu bilmədikləri üçün də çox çox səhv etməyə uyğun olurlar. Məsələn mühiti sakitləşdirmək istəyən kişi, yoldaşına anasını, anasına yoldaşını müdafiə etməyə və aranı yumşaltmağa çalışır. Bu dəfə hər iki qadın da kişinin tərəf tutduğunu və təsir altında qaldığını zənn edir və kişi etibarlılığını itirir. Bunun yerinə kişi əvvəlcə yoldaşının və anasının aralarındakı problemi , iki yetkin olaraq öz aralarında həll etmələrinə yer verməli. Müdaxilə etməsi lazım olan vəziyyətlərdə isə obyektivliyini qorumalı. "Anam elə demək istəməmişdir" yerinə "bəli anam səhv bir cümlə qurmuş amma biz onu incitmədən narahat olduğumuzu hiss etdirə bilərik" kimi bir həll cümləsi yoldaşına tək olmadığını, çətinliyini diqqətə alacağını hiss etdirəcək.

Əvvəlcə uşağa baxan böyüyün o uşağın anası deyil böyük anası olduğunu unutmaması gərək. Nəticədə o zamanında vəzifəsini etdi, uşaqlarını böyütdü. İndi analıq etmə sırası gəlinin. Nənə də nəvənin kefini yaşayaraq dəstək verəcək. Qayınanaların məlumat və təcrübələri əlbəttə çox qiymətli və eşitməyə çox ehtiyacımız var. Ancaq, hər mövzuda olduğu kimi uşaq baxımında da doğrular çox dəyişdi. Məsələn, əvvəllər mümkün olduğu qədər erkən tualet təhsili verilərmiş çünki anaların gündəlik qaçışmalarının içində bir də bez yumaq çox zəhmətliymiş. Halbuki indi, uşaqların tualet təhsili üçün əzələ inkişaflarının hazır olduğu 2 yaş dövrümün gözlənilməsi lazım olduğunu bilirik. Bu səbəbdən gəlinlər qayınanaların təcrübəsinə hörmət göstərərkən, qayınanalar da gəlinlərin dəyərlərinə və araşdırmaları nəticəsində öyrəndiklərinə hörmət göstərməlilər. Və ən əhəmiyyətlisi analıq sırasının gəlinlərdə olduğunu unutmamalılar.

Uşaqla maraqlanan bütün yetkinlərin eyni qaydaları və eyni intizam tərzini tətbiqi uşaq üçün ən sağlamıdır. Uşağın dəqiq mesajlar almadını, ağılının qarışmamasını və özündən gözlənilən davranışları daha tez qavramasını təmin edər. Ancaq bu hər vaxt mümkün olmur. Nənələr öz qaydalarını davam etdirmə mövzusunda israrçı ola bilirlər. Bu vəziyyətdə belə, uşaq üçün ən əhəmiyyətli nöqtə ana və atanın eyni tutum və dayanıqlılıqda olması. Uşaq evdə fərqli, nənənin yanında fərqli qaydaların olduğunu anlayacaq və o şəkildə qəbul edəcək.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 206
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri