Milli mənəvi dəyərlər

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 807
Səs ver:
(səs: 1)
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaq normaları və baxışları ilə bağlı olan milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli mənəvi dəyərləridir. Bu səbəbdən hər şeydən əvvəl bütün sahələrdə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu prosesdə Azərbaycan Respublikası da fəal iştirak etməkdədir. Yalnız milli və bəşəri dəyərlərin sintezi və dünya təcrübəsi əsasında həyata keçirilən islahatlar sayəsində sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər səviyyəsinə çatmaq mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür.
Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmləndirilməsinə dair bir sıra tədbirlər həyata keçirilir, eləcə də təhsil və mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilir. Təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər göstərilir. İntellektual dairələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə çalışırlar.
Mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.
Müstəqilliyimizin bərpa olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübəsindən istifadə edir.
Müasir dövrdə mədəniyyətin idarə edilməsi üçün zəruri olan elmi təsəvvürün işlənib hazırlanması ancaq gündəlik məsələlərin həllinə yönəldilən və mədəniyyətin ayrı-ayrı sahələrini əhatə edən tətbiqi tədqiqatlar sahəsi ilə məhdudlaşdırılmır.
Milli mənəvi dəyərlər sırasında ümummilli lider Heydər Əliyev ana dilinə xüsusi önəm verirdi. Ulu Öndər elmə, mədəniyyətə, maarifə, incəsənətə daim diqqət və qayğı göstərir, ziyalıların əməyini hər zaman yüksək qiymətləndirirdi. Onun təşəbbüsü ilə “Müasir Azərbaycan dili” dərsliyinin dövlət mükafatına layiq görülməsi təkcə elmə yox, həm də ana dilinin inkişafına dövlət qayğısının təzahürü idi.
Bu gün Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndirilməkdədir, respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha sürətlə inkişaf etməkdədir. Dövlətçiliyin təməlinin, milli varlığın özülünün mədəniyyətə bağlı olduğunu aydın dərk edən ulu öndər Heydər Əliyev deyib: “Biz öz milli mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”. Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasi-mədəni xəttin layiqli davamçısı Prezident İlham Əliyevin inamla və sədaqətlə həyata keçməkdə olduğu mədəniyyət siyasətinin uğurlu nəticələri və perspektivləri artıq göz qabağındadır. Belə ki, mədəniyyət sahəsində dövlət konsepsiyasının əsas qayəsi mədəniyyət siyasətinin təminatı mexanizmlərini dünya standartları səviyyəsinə çatdırmaq yolunda mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və mədəni sənayelərin dirçəldilməsi kimi prioritet istiqamətləri müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməklə Azərbaycan mədəniyyətinin və incəsənətinin qorunub saxlanılmasına, gələcək inkişafına və dünya mədəniyyətinə uğurla inteqrasiyasına nail olmaqdır. Mədəniyyət və incəsənətin bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi həyata keçiriləcək islahatların əsas məğzi kimi nəzərdə tutulub. Mədəniyyət siyasətinin perspektivlərini müəyyənləşdirən konsepsiyanın ümumi məqsəd və vəzifələri mədəniyyət siyasətinin təminat mexanizmləri kimi çıxış edən və mədəniyyətin bütün sahələrini əhatə edən mədəniyyətin idarəolunma, hüquqi, maliyyə, elmi-informasiya təminatı, insan resuslarının inkişafı, maddi-texniki infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi kimi ümumi məsələlərin inkişaf etdirilməsindən ibarətdir. Həmçinin mədəniyyət siyasətinin göstərilən sahələrinin dünya standartları səviyyəsinə çatdırılması üçün tələb olunan islahatların həyata keçirilməsinin təmin edilməsindən ibarətdir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu var idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə yönəltməyə çalışıb. Lakin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəltdi. Belə ki, Ulu Öndərin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin mühüm xüsusiyyətlərindən biri dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mənəvi dayaqların formalaşdırılması idi. Bununla da Azərbaycan dövlətinin əsaslarının yaradılmasında məhz Azərbaycan xalqının milli mənəvi dəyərləri başlıca dayağa çevrildi. Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğradığı qloballaşan dünyada Azərbaycan xalqının milli mənəvi keyfiyyətlərinin mühafizə edilərək gələcək nəslə ötürməsi maddi-mənəvi irsimizin öyrənilmə və qorunub saxlanma səviyyəsindən asılı olacaq. Prezident İlham Əliyev dəfələrlə Azərbaycan xalqının hər zaman milli mənəvi dəyərlərinə sadiq olduğunu söyləyib. Dövlətimizin başçısı bildirib ki, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlaya bilir və bu gün müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli mənəvi dəyərlər üzərində həyata keçirilir.
Yazı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 807
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri