Qaynana,ay qaynana

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 291
Səs ver:
(səs: 0)
İlk dəfədir ki, nişanlınız olacaq oğlanın anası ilə tanış olursunuz? O zaman bu vacib hadisə üçün tam hazırlıqlı olmalısınız. Tanışlığınızın ilk günündən bu qadınla dost olmağa çalışın.
İlk öncə çalışın ki, gələcək qaynanız Sizinlə olan görüşdən məmnun qalsın və ikinci görüşə can atsın. Bunun üçün bir müüddətlik nişanlınızı kənara qoyub diqqətinizi anasına yönəldin. Məsələn, qaynananız nişanlınızın uşaqlığı haqqında danışarkən onu diqqətlə dinləyin, lazım gəldikdə suallar verin, lakin mövzunun sizə maraqsız olduğunu bildirməyin.
Gələcək qaynananızla nə çox quru, nə də ki, çox mehriban rəftar etməyiniz doğru olmaz. Axı bu sizin ilk tanışlığınızdır. Özünüzü ləyaqətli və mədəni aparmağa çalışın. Danışıq zamanı "zəhləm gedir…, ömür boyu arzulamışam” sözlərindən istifadə etməyin.
Tez-tez onu adı və xanım deyərək müraciət edin. İlk görüşdən "ana” deməyiniz yersiz və süni alınar. Sizi bəyənməsi üçün ona qarşılıqlı suallar verməyiniz lazımdır. Lakin ilk görüşdən din, fəlsəfə kimi mövzulara toxunmayın.
Qarşınızdakı insan çox danışandırsa sözünü kəsməyin və əsas rolu ona verin.
Sağollaşdıqda münasibətlərinizi davam etdirmək üçün ipucu qoymağınız kifayətdir. Gələcək qaynananızdan oxumağa kitab, baxmağa disk götürə bilərsiniz və ya əksinə təklif edə bilərsiniz. Onunla bir insan kimi ünsiyyət saxlamanın sizin üçün maraqlı olduğunu ona hər hərəkətinizlə bildirsəniz, qaynananız sizin haqqınızda yalnız müsbət təəssüratla ayrılacaqdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri